Qəbələdə multikulturalizm mövzusunda konfrans keçirilib4-03-2016, 16:46
Çap et Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşavirliyi xidmətinin, Azərbaycan Ağsaqqallar Şurasının, “Azərbaycan” qəzetinin və Qəbələ rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə martın 4-də Qəbələ Mədəniyyət Mərkəzində “Multikulturalizmin Azərbaycan modeli: dünyanın mükəmməl nümunəsi” mövzusunda konfrans keçirilib.Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşavirliyi xidmətinin baş məsləhətçisi Etibar Nəcəfov “Prezident İlham Əliyevin multikulturalizm siyasətinin istiqamətləri”, Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov “Heydər Əliyev irsi Azərbaycanda yaşayan bütün etnosların birləşdirici, səfərbəredici istinad mərkəzidir”, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev “Milli-etnik zənginliyin təcəssümü olan Qəbələ, həm də regional inkişafın uğurlu mərkəzlərindən biridir”, Alban-Udi xristian dini icmasının sədri Robert Mobili “Qəbələdə yaşayan udilərin mədəniyyəti, təhsili və bunun üçün Dövlətin yaratdığı imkanlar”, Nic qəsəbə 1 saylı tam orta məktəbin müəllimi Emil Zəki “Multikulturalizm Azərbaycanda həyat tərzi–Qəbələdə birgəyaşayışın mükəmməl forması”, “Qafqaz Riverside” otelinin icraçı meneceri Atilla Çetinbaş “Qəbələdə keçirilən beynəlxalq tədbirlər, Qəbələnin turizm imkanlarının dünyaya tanıdılmasında multikultural reallığın imkanlarından istifadə”, Qəmərvan kənd məktəbinin müəllimi Rəna Hacıyeva “Ölkəmizdə və xaricdə multikulturalizmin əsas təbliğatçısı olan Heydər Əliyev Fondunun Qəbələdə həyata keçirdiyi uğurlu layihələr” mövzusunda məruzə ediblər. AMEA-nın Dilçilik İnstitutunun direktoru Möhsün Nağisoğlu “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı haqqında geniş danışıb. Tədbirin sonunda Qəbələnin etnik-folklor qruplarının ifasında konsert təqdim edilib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşavirliyi xidmətinin, Azərbaycan Ağsaqqallar Şurasının, “Azərbaycan” qəzetinin və Qəbələ rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə martın 4-də Qəbələ Mədəniyyət Mərkəzində “Multikulturalizmin Azərbaycan modeli: dünyanın mükəmməl nümunəsi” mövzusunda konfrans keçirilib.