Heqiqet.Az » iqtisadiyyat » Ödəniş sistemləri üçün hansı imkanlar açılır?


Ödəniş sistemləri üçün hansı imkanlar açılır?

25-07-2023, 11:23
Çap et
Ödəniş sistemləri üçün hansı imkanlar açılır? Azərbaycanın ödəniş sistemləri ödəniş kartlarının xidmət və emissiyası üzrə xidmət göstərə biləcək.
14-də qəbul edilmiş "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanuna əsasən, ödəniş xidmətlərinin təminatçıları lisenziya əsasında və qanunvericiliyə əsasən elektron pullar buraxa (emissiya edə) biləcəklər.
Bundan başqa, ödəniş xidmətləri təminatçısı statusu onlara digər növ fəaliyyət göstərmək, məsələn, valyuta mübadiləsi aparmaq, ödəniş tapşırıqlarını icra etmək, təlimlər təşkil etmək, konsultasiya xidmətləri göstərmək, proqram təminatı hazırlamaq, kredit vermək və bir sıra digər xidmətlər göstərməyə imkan verəcək.
Həmçinin, yeni qanun Azərbaycanda rəqəmsal ödənişlərin ekosisteminin daha səmərəli və təhlükəsiz, həmçinin rəqabət qabiliyyətli infrastrukturunun təşkilinə imkan yaradacaq. Nəzarət olunan rejimdən istifadə edən ödəniş sistemi operatorları işlərində innovativ həlləri və texnologiyaları tətbiq edə biləcəklər.
Xatırladaq ki, Azərbaycan Milli Məclisi 14 iyul 2023-cü ildə "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanunu qəbul edib.
Reytinq: