Ceyhun Bayramov: - Ermənistan Laçın sərhəd-buraxılış məntəqəsində işin tam bərpasına mane olur29-07-2023, 15:16
Çap et Bu, xarici işlər naziri Ceyhun Bayramovun BMT-nin baş katibi Antonio Quterreşə ünvanladığı məktubda deyilir. "Azərbaycanın Rusiya sülhməramlı kontingentinin vasitəçiliyi ilə danışıqlara dair ardıcıl çağırışlarına baxmayaraq, Ermənistan insidentlərin təkrarlanmayacağına dair təminat verməkdən imtina etməklə yanaşı, həm də Laçın sərhəd-buraxılış məntəqəsinin işinin tam bərpasına mane olur. İnsanların, yüklərin və xidmətlərin fasiləsiz transsərhəd keçidini təmin etmək üçün Azərbaycanın Ermənistana sərhəd və gömrük orqanları vasitəsilə əməkdaşlığa dair ardıcıl çağırışları da cavabsız qalıb", - məktubda deyilir. Nazir qeyd edib ki, Ermənistan tabeçiliyində olan qanunsuz rejim vasitəsilə Qarabağın erməni sakinlərinin hərəkətinə məhdudiyyət qoyub və onları ilkin icazə olmadan sərhəd-buraxılış məntəqəsindən istifadə imkanından faktiki olaraq məhrum edib. "Ermənistanın mülki şəxslərin və yüklərin "Laçın" sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidinə qoyduğu məhdudiyyətlərin qaldırılacağını gözləyərək və vəziyyətin yerli mülki əhaliyə təsirini minimallaşdırmaq zərurətindən çıxış edərək, Azərbaycan müstəsna qaydada təxirəsalınmaz tibbi yardımın göstərilməsi üçün yerli erməni sakinlərin sərhəd-buraxılış məntəqəsindən keçidinə köməklik göstərir", - məktubda deyilir. Xatırladaq ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata zidd olaraq Azərbaycan ərazisində Ermənistandan erməni hərbi birləşmələri üçün canlı qüvvə, hərbi sursat, mina, habelə hərbi təyinatlı digər vasitələrin qanunsuz daşınmasının qarşısını almaq və aprelin 22-də Ermənistan tərəfindən Azərbaycanla sərhəddə Laçın-Xankəndi yolunun girişində birtərəfli qaydada sərhəd buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Azərbaycanın suveren ərazisində Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd buraxılış məntəqəsi qurulub. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
