Hikmət Hacıyev Ermənistan xarici işlər nazirinin yalanlarını ifşa etdi14-07-2023, 11:25
Çap et ![]() Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz "Twitter" səhifəsində Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycanın “blokadası” nəticəsində öldüyü iddia edilən erməni uşaqlarla bağlı təxribat xarakterli paylaşıma cavab olaraq yazıb. "Yerli polis valideynlərinin nəzarətsizliyi səbəbilə iki azyaşlının səhlənkarlıq və avtomobildəki yüksək temperatur nəticəsində yuxudaykən öldüyünü təsdiqləyib. Bu, riyakarlıqdan başqa bir şey deyil", - Hikmət Hacıyev vurğulayıb. H.Hacıyev qeyd edib ki, Laçın sərhəd-buraxılış məntəqəsi fəaliyyət göstərir və ümumiyyətlə bunun bu hadisə ilə heç bir əlaqəsi yoxdur. "Ermənistan xarici işlər naziri, yəqin ki, Laçın sərhəd-buraxılış məntəqəsini qeyd etməklə, guya Qarabağda ərzaq qıtlığı varmış kimi yanıltmağa çalışır. Amma Xankəndi restoranından olan videoda bunun əksi görünür", - Hikmət Hacıyev bildirib. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|