20 ildir ölkəmiz Prezident İlham Əliyevin sayəsində ən parlaq dövrünü yaşayır19-10-2023, 22:54
Çap et Ötən əsrin sonunda Azərbaycanın müstəqilliyini bərpa etməsi üçün tarixi məqam yetişdi. Respublikamız müstəqillik yolunda ilk addımını 1991-ci il avqustun 30-da atdı. Ali Sovetin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında "Azərbaycan Respublikasının Dövlət müstəqilliyini bərpa etmək haqqında" bəyannamə qəbul olundu. Həmin ilin 18 oktyabr tarixli sessiyasında isə "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı imzalandı. Bu Azərbaycan üçün yeni tarixi mərhələnin başlanğıcı idi. Dövlət müstəqilliyimizi ilk tanıyan qardaş ölkə Türkiyə oldu (1991-ci il, 9 noyabr). 1992-ci ilin 2 mart tarixində isə Azərbaycan müstəqil ölkə kimi BMT-yə üzv seçildi. Azərbaycanın müstəqilliyinin bərpa olunmasında xalqımızın azadlıq mübarizəsinin müstəsna rolu var. Çünki bu, ağır sosial-iqtisadi şəraitdə və xalqımızın çətin sınaqlardan keçdiyi bir dövrə təsadüf edirdi. Əfsuslar olsun ki, həmin dövrdə hökm sürən siyasi hərc-mərclik dövlətimizi bu müstəqilliyi itirmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə ki, işğalçı Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, elan olunmamış müharibə şəraiti, həm də ölkə rəhbərliyindəki şəxslərin səriştəsizliyi müstəqilliyimizi itirmək təhlükəsi yaradırdı. Dövlət daxilində gedən siyasi çəkişmələr, vətəndaş qarşıdurması da buna öz təsirini göstərirdi. Bu cür mürəkkəb bir şəraitdə 1993-cü ildə Azərbaycan xalqının təkidli xahişi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı dövlətimizi yox olmaq təhlükəsindən xilas etdi, müstəqilliyimizi qorumaq mümkün oldu. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanda ardıcıl islahatlar həyata keçirildi. Keçmiş Ermənistan-Azərbaycan münaqişəsində atəşkəs əldə edildi və bunun ardınca ölkədə bazar iqtisadiyyatı prinsipləri əsas götürüldü, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası təmin edildi. 2020-ci ilin noyabr ayında məhz Mliüzəffər Ali Baş Komandanın və rəşadətli Azərbaycan Ordusunun qətiyyəti ilə 30 illik işğala son qoyuldu, torpaqlarımız cəmi 44 gün ərzində işğaldan azad olundu. Bütün dünya Prezident, rəşadətli ordu və iradəli xalq birliyinə heyran qaldı. ![]() Novruzova Nazəni Aslan qızı, ADPU-nun kimya üzrə fəlsəfə doktoru, "ADPU-100", "Dəmir yumruq", "Heydər Əliyev-99", "Şuşa-270", "H.Əliyev-100" media mükafatları laureatı 19.10.2023 Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

