Zəfərin mubarək, Azərbaycan xalqı!7-11-2023, 23:39
Çap et Biz xalq olaraq 44 günlük Vətən müharibəsinin hər günündə Ordumuzla nəfəs aldıq, ürəyimiz, ruhumuz əsgərimizin yanında oldu. Yaşadığımız o tarixi günlər bizim üçün həm ağır oldu, həm də sevincli. Şəhidlərimizin, yaralılarımızın olmasına baxmayaraq, xalqımız 30 illik Vətən həsrətinin sona çatmasına görə sevinirdi, qürrələnirdi. 8 noyabrda Şuşanın azad olunması Vətən müharibəsinin özünün ilkin məqsədinə çatmasından xəbər verdi. Məhz Şuşa azad ediləndən sonra Ermənistan ağ bayraq qaldıraraq kapitulyasiya aktı imzalamağa hazır olduğunu bəyan etdi. “Azərbaycan əldə etiyi tarixi qələbəni son məqsədinə çatıdrmaqda israrlı idi. Bəziləri düşünürdü ki, Azərbaycan 2020-ci il 8 noyabrda üçtərəfli bəyanatla təsbit edilmiş status-kvonu dəyişməyə cürət etməyəcək və Şuşa ilə kifayətlənəcək. Doğrudur, müharibənin ilk günlərindən Azərbaycana qarşı çox güclü təzyiqlər, təhdidlər vardı. Ölkə rəhbərliyi belə gərgin vəziyyətdə belə geri addım atmadı. Ağdam, Kəlbəcər, Laçın rayonları döyüşsüz Azərbaycana qaytarılandan sonra Ordumuz Ermənistanla sərhəddə - Laçında keçid məntəqəsi qurdu. Heç vaxt başladığı işləri yarımçıq qoymayan və bütün fəaliyyəti boyunca “nəyi, nə zaman və necə” etməyin ən yaxşı nümunələrini göstərən Azərbaycan Prezidenti cənab İlham Əliyevin suverenlik və ərazi bütövlüyü məsələsində heç vaxt güzəştə getməyib. Sonrakı 3 il ərzində həyata keçirilən siyasətin davamı olaraq 2023-cü il sentyabrın 20-də Xankəndi Azərbaycanın nəzarətinə keçdi və bu gün orada dövlət bayrağı dalğalanır. Oktyabrın 15-də Xankəndidə Azərbaycan bayrağının ucaldılması öz tarixi və siyasi əhəmiyyətinə görə Şuşanın azad olunmasına - 8 noyabr Zəfər gününə bərabərdir. İndi tam əminliklə demək olar ki, bu gün bütün həyatını Azərbaycan xalqına həsr etmiş və ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasını ən böyük arzusu olan Ümummilli Lider Heydər Əliyevin ruhu şaddır. Bun gün zəngin tariximizin müxtəlif mərhələlərində xalqımızı və dövlətimizi qələbədən qələbəyə aparmış Cavanşir, Eldəniz, Cahan Pəhləvan kimi hökmdarların, Şah İsmayıl Xətainin ruhu şaddır”. Həm 44 günlük Vətən müharibəsi, həm də 2023-cü il sentyabrın 20-də Xankəndinin Azərbaycanın nəzarətinə keçməsi Azərbaycan Ordusunun gücünü bütün dünyaya nümayiş etdirdi: “Özünü dünyanın aparıcı dövlətləri hesab edənlər separatizmə, terrorçulara qarşı bəzən aylarla, illərlə mübarizə aparırlar, mülki insanları qətlə yetirirlər, etnik təmizlənməyə yol verirlər, amma nəticə əldə edə bilmirlər. Azərbaycan isə beynəlxalq normalar çərçivəsində Qarabağda elə bir peşəkar əməliyyat həyata keçirdi ki, bir nəfər də olsun mülki erməni yaralanmadı, xəstəxanalar, məktəblər, evlər dağıdılmadı. Yalnız legitim hərbi hədəflər məhv edildi. Ordumuz təkcə Azərbaycan xalqını erməni terrorundan, separatizmindən xilas etmədi, həm də dinc erməniləri onların girovluğundan, əsarətindən azad etdi. Bu gün dinc ermənilər, Ermənistan xalqı Qarabağda etnik münaqişəni alovlandıran balayanlara, sərkisyanlara, köçəryanlara nifrət edirlər. Onlar Azərbaycan Prezidenti cənab İlham Əliyevə təşəkkür edirlər ki, nəhayət ki, azğınlaşmış erməni terrorçularının layiqli cavablarını verdi, onları cəzalandırdı. Bu gün Qarabağda demək olar ki, terrorçu qalmayıb. Onların rəhbərləri separatçı rejimin keçmiş 3 “prezidenti”, “xarici işlər naziri” və digər məsul şəxsləri Bakıda istintaq təcridxanasındadırlar. Onlar 8 noyabr Zəfər gününü təcridxanada izləməli olacaqlar. Ermənistan xalqı öz siyasi rəhbərlərindən çox Azərbaycan Prezidentinin çıxışlarını izləyir, onun sözlərini əzbərləyirlər. Bilirlər ki, Azərbaycan Prezidenti dediklərini həyata keçirən siyasi liderdir. Sözünün imzası qədər çəkisi var. Ona görə də cənab İlham Əliyev bütün dünya üçün maraqlı siyasi liderdir. Nə yaxşı ki, Ermənistan və onların havadarları Azərbaycan dövlətinin gücünü, Ali Baş Komandan İlham Əliyevin qətiyyətini gördü. Cənab İlham Əliyevin adı dünya tarixinə qələbə qazanan sərkərdə kimi düşdü. 8 noyabr Azərbaycan xalqının milli qürurunun, milli ləyaqətinin bərpa olunduğu bir gündür”. Çinarə Məmməd qızı Qəhrəmanova, Azərbaycan Dövlət İqtisad Universitetinin “Azərbaycan dili” kafedrasının dosenti Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
