Rəşadətli Azərbaycan əsgər və zabitləri, bayramınız mübarək!8-11-2023, 17:00
Çap et 30 il bu tarixi anı səbirsizliklə gözləyən əsgərlərimiz Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşmən təxribatlarına qarşı əks-hücum əməliyyatına başladı. Otuz illik erməni işğalına 44 gün ərzində son qoyuldu. İki il əvvəl baş verənlər Azərbaycan xalqı üçün tarixi, siyasi və həyati əhəmiyyət kəsb edirdi. Azərbaycan bütün təzyiqlərə baxmayaraq müharibəni lazımi həddə qədər davam etdirdi və Ermənistanı kapitulyasiya aktına imza atdırmağa məcbur etdi. Bu, eyni zamanda dünyada separatizmə, bölücülüyə qarşı tarixi qələbə kimi də qiymətləndirilə bilər. Çünki münaqişənin nizamlanması məqsədilə 24 mart 1992-ci ildə təsis olunmuş ATƏT-in Minsk Qrupu 29 il ərzində məsələnin həllinə yox, dondurulmasına çalışdı. Bu yanaşma illər ərzində sülh danışıqlarının nəticəsiz davam etməsinə səbəb oldu. Açıq şəkildə işğalçı ilə işğala məruz qalmış tərəf arasında fərq qoyulmadı. Beynəlxalq qətnamələr kağız üzərində qaldı. Halbuki Azərbaycan daim öz məsuliyyətini dərk edən ölkə kimi beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirdi, münaqişənin danışıqlar vasitəsilə həllinə çalışdı. Dünyanın ən nüfuzlu təşkilatı olan BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirdi. Təhlükəsizlik Şurasının Ermənistan silahli qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qaldı. Ən dəhşətlisi isə budur ki, beynəlxalq miqyasda sərgilənən riyakarlıq işğalçını daha da azğınlaşdırırdı, erməni təxribatlarının miqyası genişlənirdi. Bütün dünya, o cümlədən, Ermənistan dərk edirdi ki, Azərbaycan heç bir halda işğalla, təslimçi sülhlə barışmayacaq. 2016-cı il Aprel döyüşləri, 2020-ci il iyul ayında Tovuz döyüşləri bunu bir daha sübut etdi. Amma düşmən yenə də öz qoşunlarını Azərbaycan ərazisindən çıxarmırdı. Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətə gələndən sonra riyakar siyasəti və “Qarabağ Ermənistandır, nöqtə” deməklə, heç bir ümid, güzəşt yeri qoymadı və Azərbaycan Prezidenti İlham Əliyev haqlı, məntiqli olaraq ordunu döyüş vəziyyətinə gətirdi. 44 günlük müharibə isə həm ermənilərə, həm də onun havadarlarına dərs oldu. Bir daha təsdiqləndi ki, Azərbaycanın gücü hərbi potensialla yanaşı, milli həmrəylikdə və peşəkar rəhbərlikdədir. Azərbaycan öz haqqını və tarixi ədaləti bərpa etməklə bölgədə yeni reallıqlar yarandı. 44 gün davam edən döyüşlər zamanı rəşadətli Azərbaycan Ordusu 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad edib. Belə ki, Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik düşməndən təmizlənib. Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdilər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, Şəhidlərimizin qanı və canı bahasına azad edildi. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi, Ermənistanı Xankəndi, Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur etdi. *** Abşeron rayon Əfqan Qadaşov adına Perekeşkül qəsəbə tam orta məktəbdə "8 noyabr-Zəfər Günü"nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir Azərbaycanın Dövlət Himni ilə başladı. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə məktəbin pedaqoji kollektivi, qazilər, qonaqlar, şagird və valideyn heyəti iştirak etdi. Məktəbin direktoru Turə Qasımova "ZƏFƏR GÜNÜ" ilə bağlı geniş məruzə etdərək, təbriklərini bildirdi. Sonra, tədbir iştirakçıları "ZƏFƏR GÜNÜ" münasibətiylə ürək sözlərini bölüşdülər. Məktəbin şagirdləri "Vətən", "İgid əsgər", "Qarabağ Azərbaycandır!" "Şuşa" mövzusunda şeirlər söyləyib, mahnılar ifa etdilər. Vətənpərvər ruhda şeir ,mahnı və rəqs nömrələriylə məktəbin keçirdiyi bu tədbir möhtəşəm və yadda qalan oldu! Mahilə Qurbanova, müəllim, jurnalist Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
