Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi ədalət bərpa etdi10-11-2023, 17:42
Çap et 2020-ci ilin 8 noyabr tarixində zəfərimizin zirvəsi olaraq Şuşa şəhəri işğaldan azad edildi. Həmin dönəmlərdə Ali Baş Komandan gündəlik əldə olunan uğurlarımızı yüksək əhval-ruhiyyə ilə xalqa çatdırırdı. Müharibə dövründə xalqımız bir yumruq kimi birləşdi. Bu birlik sayəsində ordumuz öz yenilməzliyi ilə Azərbaycanın hərb tarixində yeni bir səhifə açdı. Nəhayət, Odrumuzun gücündən qorxuya düşən Ermənistan 10 noyabr tarixində Rusiya Prezidenti və Azərbaycan dövlət başçısının iştirakı ilə birgə bəyanat imzaladı ki, müharibə dayandırılsın. Həmin bəyanatda bir çox maddələr var idi ki, qısa zaman kəsiyində həll edilməli idi. Bu sənədi imzalamaqla Ermənistan kapitulyasiya aktına imza atmış oldu. Şuşanın azad olunduğu gün Prezidentin sərəncamı ilə "Zəfər günü" kimi qeyd olundu. Keçmiş məcburi köçkünlərimiz hələ o dövrlərdən torpaqlarının işğaldan azad olunmasının, öz dədə-baba yurdlarına qayıtmasının həsrətini çəkirdilər. Ali Baş Komandanın rəhbərliyi, ordumuzun gücü, şəhidlərimizin qanı, qazilərimizin şücaəti , xalqımızın birliyi hesabına torpaqlarımız işğaldan azad olundu və biz bunu yüksək qiymətləndiririk. Xalqımız bu zəfəri heç vaxt unutmayacaq. Sevindirici haldır ki , bayrağımız bu gün Qarabağln hər yerində dalğalanmaqdadır. Bu o bayraqdır ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Bu gün xalqımız və dövlətimiz tərəfindən yüksək hörmət və ehtiram göstərilən, milli mənsubiyyəti, müstəqilliyi, suverenliyi xarakterizə və ifadə edən Azərbaycan bayrağının ən yüksək zirvələrdən dalğalandırılması haqlı qürur və fəxarət hissi yaradır. İndi Azərbaycan bayrağı dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları və mötəbər məclislərində qürurla dalğalanır. Bu, Azərbaycan dövlətinin gücünü, qüdrətini və xalqımızın milli birliyini nümayiş etdirir. Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara uyğun müstəqil siyasət həyata keçirən, dinamik inkişaf yolunda əmin addımlarla irəliləyən, beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənən, dünya miqyasında yüksək nüfuza malik olan və yerləşdiyi regionun lider dövləti kimi çıxış edən ölkəmizin üzərində əzəmətlə dalğalanan üçrəngli bayrağımız hər bir Azərbaycan vətəndaşının qəlbində qürur və fərəh hissi doğurur. Qürur və sevinc hissi ilə vurğulamaq gərəkdir ki, müstəqil Azərbaycanın Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarix yazdı, qüdrətli Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etməsi nəticəsində ölkəmizin ərazi bütövlüyü və tarixi ədalət bərpa olundu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, azad edilmiş şəhər və kəndlərimizdə artıq Azərbaycan bayrağı ucaldılıb. Möhtərəm Prezidentimizi və xalqımızı hər iki əlamətdar gün münasibətilə təbrik edir, can sağlıgı, uzun ömür arzulayıram! Rəhimova Talehə Cəfər qızı, Göycay şəhər Səməd Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziyanın tərbiyə işləri üzrə direktor müavini Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
