Milli Məclis Sədrinin müavini Adil Əliyev: “Dövlətimiz hər zaman vətəndaşının, hərbçisinin yanındadır”8-07-2021, 06:38
Çap et Görüş iştirakçılarını salamlayan Sədr müavini ötən il qazanılmış tarixi Şanlı Zəfər münasibətilə görüş iştirakçılarını təbrik edib. Bildirib ki, Şanlı tariximizin ən böyük hadisələrindən biri olan Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuz uzun illərdir işğal altında olan əzəli və əbədi torpaqlarımızı düşmən tapdağından həmişəlik azad edib. Qazanılmış bu tarixi qələbə hər bir Azərbaycanlının qürur mənbəyidir. Bu qələbə Ulu öndər Heydər Əliyevin dövründə ordu quruculuğu, peşəkar hərbi qulluqçuların hazırlanması, idmanda kütləviliyin təmin edilməsi, gənc nəslin vətənpərvər ruhda tərbiyə edilməsi istiqamətində aparılan müdrik siyasətin ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində mümkün olub. Xalqımızın bir yumruq kimi birləşməsi, istər ön cəbhədə, istərsə də arxa cəbhədə görülən işlər tarixi qələbəmizi təmin edib. Sədr müavini bildirib ki, müharibədən sonrakı dövrdə aparılan abadlıq və quruculuq işləri öz bəhrəsini verir və Qarabağımıza yeni nəfəs gəlməkdədir. Şuşa şəhəri uzun illərdən sonra yenidən festivallara, mədəni tədbirlərə ev sahibliyi etməyə başlayıb, infrastruktur yenidən qurulur, hava limanları tikilir, habelə ağıllı şəhər və ağıllı kənd konsepsiyaları icra olunur. Adil Əliyev diqqətə çatdırıb ki, Şəhid ailələri və qazilərimizin qayğıları hər zaman cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzindədir. Dövlət tərəfindən onların çətinliklərinin həlli istiqamətində lazımi addımlar atılır, bu məqsədlə “YAŞAT” Fondu təsis edilərək fəaliyyətə başlayıb. Eyni zamanda, cənab Prezidentin müvafiq Fərmanıyla Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin sosial problemlərini qısa müddət ərzində həll etmək məqsədilə yerli icra hakimiyyəti orqanlarının strukturlarında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbələri yaradılıb. Görüşdə iştirak edən Vətən müharibəsi qəhrəmanı Azər Abdullazadə, Azərbaycan Vətən Müharibəsi Veteranları Təşkilatının Tərtər Regional Bölməsinin rəhbəri Vidadi Məmmədov, Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun övladı Emin Hüseynli səmimi qəbula görə təşəkkürlərini bildirərək, Müzəffər Ali Baş Komandanın rəhbərliyilə Vətən müharibəsi nəticəsində qazanılmış qələbədən və xalqımızın öz dədə-baba yurd-yuvalarına qovuşmasından məmnunluqlarını ifadə ediblər. Qeyd edilib ki, qazanılmış bu Şanlı qələbədən bütün Dünya Azərbaycanlıları qürur duyur. Görüşdə iştirak edənlər ölkə rəhbərliyi tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər. Sonda görüş iştirakçılarına Milli Məclisin Gənclər və idman Komitəsinin “Fəxri Fərmanı” təqdim edilib. Görüş iştirakçıları Bakı şəhərinə səfərləri çərçivəsində Şəhidlər Xiyabanını və Hərbi Qənimətlər Parkını da ziyarət ediblər. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
15:40
“Vətəni sevmək imandandır” – Vətən sevgəsinin, şəhidlik zirvəsinin və tarixi yaddaşın təntənəsi.10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
