» » Milli Məclisdə ölkəmizi beynəlxalq yarışlarda təmsil edən idmançılarla görüş olub


Milli Məclisdə ölkəmizi beynəlxalq yarışlarda təmsil edən idmançılarla görüş olub

19-03-2021, 12:37
Çap et
Milli Məclisdə ölkəmizi beynəlxalq yarışlarda təmsil edən idmançılarla görüş olub Martın 18-də Milli Məclis Sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev Milli Məclisdə olimpiadaların, habelə Dünya və Avropa çempionatlarının qalibləri İlham Zəkiyev, Aynur Məmmədova, İbrahim İbrahimov, Ramil Qasımov, Ramin İbrahimov, Zaur Paşayev, Faiq Abdullayev və Kənan Abdullaxanlı ilə görüş keçirib.
Görüşdə Sədr müavini Adil Əliyev ölkəmizdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş vəölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər və idman siyasətindən, bədən tərbiyəsi və idmanın inkişafından, idmançılarımızınolimpiadalarda qazandığı uğurlardan, idmanın kütləviliyinin artırılması istiqamətində görülən işlərdən danışıb.
Vitse-spikeridmançılarımızın qayğılarının həmişə dövlətimizin diqqət mərkəzində olduğunu vurğulayaraq, hər il idmançıların ölkə başçısı tərəfindən qəbul edilərək mükafatlandırılmasına, onların problemlərinin həlli istiqamətində zəruri addımların atılmasına diqqət çəkib. Ölkəmizin paralimpiadahərəkatında da yüksək nəticələr əldə etdiyini deyən Adil Əliyev paralimpistlərimizin daim ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil etdiyini vəyüksək nəticələr göstərdiyini qeyd edib.
Bildirib ki, Azərbaycanın dünyanın diqqət mərkəzində olan Olimpiadaların, Avropa və İslam Həmrəylik oyunlarının, Formula-1 kimi yarışların yüksək səviyyəli təşkilatçısı olması qürurvericidir.
Bədən tərbiyəsi və idmanın gənc nəslin həyatındakı rolundan danışan vitse-spiker ölkə başçısının rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edən rəşadətli Ordumuzun fiziki hazırlığı, maddi texniki bazası, keçirilən təlimlərin nəticəsi barədə fikirlərini bölüşüb.
Söhbət zamanı gənclərin idmana həvəsinin artırılması, onların vətənpərvərlik ruhunda yetişdirilməsi və digər məsələlər barədə fikir mübadiləsi aparılıb. Vitse-spikeridmançılarımızınbeynəlxalq yarışlara hazırlıq vəziyyəti ilə yaxından maraqlanaraq, döyüş meydanında qazanılan Zəfərin idmanda da davam edəcəyinə əminliyini bildirib.
Sonda ölkəmizi beynəlxalq yarışlarda uğurla təmsil edən idmançılara Milli Məclisin Gənclər və idman komitəsinin Fəxri Fərmanı təqdim olunub.
Reytinq: