Rəşad Sadıqov: Təəssüflər olsun ki, qırmızı vərəqə aldıqdan sonra matçın taleyi dəyişdi19-07-2024, 08:17
Çap et ![]() Bu sözləri “Zirə” komandasının baş məşqçisi Rəşad Sadıqov UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində doğma meydanda “Şerif”ə penaltilər seriyasında (4:5) məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında deyib. O, hakimlərin idarəçiliyindən narazı qaldığını bildirib: “Bu barədə çox danışmaq istəmirəm. Hər kəs hakimin qərarlarını gördü”. Mütəxəssis qırmızı vərəqə alan Salifu Sumanın cəzalandırılacağını söyləyib: “Həmin epizoda baxacağıq. Əgər lazımsız yerə qırmızı vərəqə görübsə, cəzasını alacaq”. Qeyd edək ki, “Zirə” mübarizəsinə UEFA Avropa Konfrans Liqasında davam edəcək. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|