» » Türkiyədə kuryoz: futbolçu hakimə qırmızı vərəqə göstərdi


Türkiyədə kuryoz: futbolçu hakimə qırmızı vərəqə göstərdi

22-02-2016, 18:03
Çap et
Türkiyədə kuryoz: futbolçu hakimə qırmızı vərəqə göstərdi Türkiyə Superliqasında XXII turun mərkəzi görüşü qalmaqalla yekunlaşıb. Apasport.az saytının məlumatına görə, “Qalatasaray” – “Trabzonspor” qarşılaşması oyun yox, hakim qərarları ilə gündəmə gəlib.
Məsələ burasındadı ki, “cim-bom”un öz meydanında qələbə qazandığı görüşdə baş hakim Dəniz Atəş qonaq komandanın 4 futbolçusunu meydandan qovub. “Bordo-mavililər”də Ərkan Zəngin hesabı penaltidən açsa da, əsas hadisələr son yarım saatda baş verib. Özər Hurmacı qırmızı vərəqə aldıqdan az sonra ev sahiblərində Lukas Podolski “status-kvo”nu bərpa edib.
Son 20 dəqiqədə isə “Trabzonspor”dan Aykut Dəmir, Luis Kavanda və Salih Dursun qırmızı vərəqə ilə cəzalandırılıblar. Son dəqiqələrdə hakim qonaqların qapısına mübahisəli penalti təyin edib və Səlçuk İnanın qolu “sarı-qırmızılılar”a 2:1 hesablı qələbə qazandırıb.
Ən maraqlı məqam Salih Dursunun qırmızı vərəqəni hakimin əlindən alaraq, ona göstərməsi və bu hərəkətinə görə, “qırmızı”ya “layiq görülməsi” olub.
Reytinq: