Türkiyədə Qədim Roma dövrünə aid hərbi istehkam tapılıb9-10-2024, 11:18
Çap et Artuklu Universitetinin İncəsənət tarixi kafedrasının dosenti Zekai Erdalın rəhbərlik etdiyi ekspedisiya Hasankeyf qalasında qazıntıları davam etdirir. Hasankeyf qalası Dəclə çayının sahilindən təxminən 135 metr yüksəklikdə möhkəm qaya kütləsi üzərində inşa edilib. Dünyanın ən qədim yaşayış məskənlərindən biri olan Hasankeyfdə qazıntılar ilk dəfə 1980-ci illərdə onun gizli tarixini üzə çıxarmaq məqsədi ilə başlayıb. Qala təxminən 300 il davam edən Bizans hakimiyyəti dövründə dini funksiyaya malik idi. Sonralar Əməvilər, Abbasilər, Həmdanilər, Mərvanilər, Artuklar, Əyyubilər və Osmanlılar tərəfindən fəth edilib. Qazıntı işləri nəticəsində tapılan 1600 il əvvələ, Roma imperatoru II Konstantinin dövrünə aid hərbi istehkamın qalıqları göstərir ki, bu tikili qədimdə romalı legionerlərinin sığınacaq yeri olub. Tarixi mənbələrdə Hasankeyfdə son Roma dövrünə aid hərbi tikili və qaladan bəhs edilir. Ancaq əvvəlki tədqiqatlarda burada istehkamın izinə rast gəlinməyib və bu, sadəcə olaraq, arxiv sənədlərində qeyd olunan məlumatlar idi. İlk xristian imperatorunun oğlu II Konstantin dördüncü əsrdə hökmranlıq edən Şərqi Roma hökmdarı olub. Mardindəki bu arxeoloji kəşflə bağlı materiallar dünyanın bir çox elmi nəşrində dərc olunub. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib13:40
“Yaddaşın kodları – Qarabağdan Göyçəyə”: Tarixi irsi rəqəmsal texnologiyalarla canlandıran layihəHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
