Heydər Əliyev şəxsiyyəti9-12-2024, 22:12
Çap et Ulu Öndərin respublikamıza rəhbərlik etdiyi dövrlər möhtəşəm quruculuq və tərəqqi, davamlı və hərtərəfli inkişaf mərhələləri kimi tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb. Məhz Heydər Əliyev vasitəsilə Azərbaycan xarici siyasətdə etibarlı tərəfdaşlıq edən, iqtisadi və sosial rifah yolunda qətiyyətlə irəliləyən, Dövlət – Vətəndaş birliyinin təşəkkül tapdığı bir ölkəyə çevrildi.
Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyəti, istər sovet, istərsə də müstəqillik illərində Azərbaycanın inkişafı və yüksəlişi naminə gördüyü işlər tarixdə liderlərin roluna dair ən mükəmməl nümunədir. Azərbaycan xalqının Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olan unudulmaz tarixdir. Heydər Əliyev Azərbaycan xalqının tarixində nadir şəxsiyyətlərdəndir ki, onun zəngin irsi hər zaman politoloqların, filosofların, tarixçilərin və tədqiqatçıların diqqət mərkəzindədir. Ulu Öndərin rəhbərliyi ilə xalqımız sosial-iqtisadi tərəqqi, milli oyanış, mədəni intibah, azadlıq hərəkatı mərhələsindən keçərək müstəqillik əldə etmiş, suverenliyini və milli birliyini təmin edərək onu qorumaq imkanlarına malik olmuşdur. Bu gün biz ötən dövrlərin siyasi durumunu dərk etməyə çalışarkən başa düşürük ki, bu böyük insanın bütün fəaliyyəti, bu fəaliyyətin hər səhifəsi, hər mərhələsi dövr və zəmanəmizi ifadə edən əzəmətli bir abidədir. Onun keçdiyi yol isə zəngin bir həyat ensiklopediyasıdır. Heydər Əliyev təkcə öz ömrünün, bir insan həyatının müdriklik zirvəsində deyil, bütöv bir xalqın tarixinin yüksək zirvəsindədir. Bu zirvədən yalnız bir ömrün yaşandığı illər deyil, bir xalqın dünəni, bügünü, sabahı görünür. Bu zirvə Heydər Əliyev simasında bütün Azərbaycan xalqının, dövlətçilik, müstəqillik, demokratiya tariximizin yüksəldiyi zirvədir. Ulu öndərin fenomenal yaddaşa, qeyri-adi istedada və biliyə malik olması, dəfələrlə ən çətin problemlərin həlli zamanı mənəvi qələbəni xalqımıza qazandırıb müharibəni səngərdən diplomatiya cəbhəsinə keçirməsi məhz onun böyük tarixi xidmətlərindəndir. Daxilində vətən, xalq sevgisi çağlayan bu insan, bütün əmək fəaliyyəti boyu milli dəyərlərə sayğı ilə yanaşmış, mövcud reallıqlara baxmayaraq, həmişə müstəqilliyimizi düşünmüşdür. O, Azərbaycan xalqının milli dövlətçilik mübarizəsindəki misilsiz xidmətləri ilə bütün dünya azərbaycanlılarının sonsuz sevgisini qazanıb, Azərbaycan xalqının gələcəyi naminə ölkənin düşdüyü çox mürəkkəb, lakin şərəfli tarixi bir vəzifənin öhdəsindən gəlib. Bu gün Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatının elə bir sahəsi yoxdur ki, o sahənin inkişafı Ulu Öndərin adı ilə bağlı olmasın. Bu gün əminliklə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin ümummilli və ümumbəşəri ideyaları ilə qurulan dövlət siyasəti daim xalqımızın, millətimizin yolunu aydınladacaq və müstəqil dövlətimizin daha da güclənməsində böyük rol oynayacaqdır. Elməddin Mehdiyev, Nəsimi Rayon Baş Mühafizə İdarəsinin polis serjantı Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|