Bahar Muradova: Hər kəs atılan bu ciddi addımlardan nəticə çıxarmalıdır21-10-2015, 17:40
Çap et B.Muradova qeyd edib ki, Prezident İlham Əliyev dövlət idarəçiliyində, ayrı-ayrı qurumların fəaliyyətində, vətəndaşlara xidmət sahəsində, vətəndaşların maraq və mənafelərinin qorunmasına cavabdeh olan qurumların və şəxslərin fəaliyyətində hər hansı nöqsanlı cəhətə qarşı barışmazdır: “Bu barışmazlığı da cənab Prezident öz fəaliyyətində, konkret qəbul etdiyi qərarlarda və münasibətində göstərir. Bu onu sübut edir ki, cənab Prezident hər bir vətəndaşın prezidenti olmaq, nöqsanlara qarşı barışmaz olmaq, dövlətin, xalqın mənafeyi naminə qanunun aliliyi prinsipini hər şeydən üstün tutmaq vədinə sadiqdir və bunun üçün də lazım gəldiyi tədqirdə sərəncamlar, fərmanlar imzalamaq və Milli Məclisə qanunvericilik təşəbbüsü ilə müraciət etmək kimi addımlar atır”. Vitse spiker bildirib ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının yekunlarına həsr edilmiş iclasında çıxışı zamanı bir çox məsələlərə toxundu, vətəndaşları narahat edən problemlərlə bağlı qəti mövqeyini bildirdi: “Bu münasibətdən sonra da dərhal konkret addımlar atılmağa başlandı və cənab İlham Əliyev öz qərarında qəti olduğunu və heç kimə güzəşt olmayacağını əyani şəkildə nümayiş etdirdi”. B.Muradova deyib ki, hər kəs bu mövqedən, atılan bu ciddi addımlardan nəticə çıxarmalı, hər kəs öz fəaliyyətinə diqqət etməli, nöqsanları vaxtında müəyyənləşdirərək aradan qaldırmalıdır ki, onun haqqında da müvafiq tədbirlərin görülməsinə ehtiyac qalmasın. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
