Bakıda şagird müəlliməsinə hücum edib - YENİLƏNİB22-10-2015, 11:15
Çap et Hadisə Bakının Xətai rayonunda baş verib Bakı şəhər Ayaz Məhərrəmov adına 95 saylı orta məktəbdə baş verən insidentin təfərrüatları məlum olub. Şagirdi tərəfindən vurulduğu iddia edilən fizika müəllimi Svetlana Əkbərova bildirib ki, mətbuatda yazılanlar həqiqəti əks etdirmir: "Dünən şagird sinifdə mahnı oxuduğu üçün ona irad tutdum, qanacaqlı-mərifətli olmasını tələb etdim. O da ərköyün uşaqdı, çığır-bağır saldı və sinif otağını tərk etdi. Biz həmin uşağı keçən il də məktəbdən uzaqlaşdırmaq istəyirdik, bəzi səbəblərdən son anda onu sinifdə saxladıq". S.Əkbərova bildirib ki, hazırda məktəbdə işini davam etdirir: "Yazıblar ki, guya şagird məni vurub, bunlar cəfəngiyyatdır". Ərzai üzrə Xətai rayon 34-cü Polis Bölməsinə məlum hadisə ilə bağlı hər hansı müraciət daxil olmayıb. *** ![]() Xətai rayonu 95 saylı məktəbdə döyülmə hadisəsi baş verib. Heqiqett.az-ın moderator.az-a istinadən xəbərinə görə, 11-ci sinif şagirdi olan oğlan öz müəllimini vəhşicəsinə döyüb. Svetlana adlı fizika müəllimi şagirdin nizam-intizamdan şikayət edərək onu danlayıb. Sonra isə daha da qızışaraq şagirdin rəhmətə getmiş atasını təhqir edib. Təhqirə dözməyən şagird müəlliməsinin üstünə hücum çəkib və ona ciddi fiziki xəsarətlər yetirib. Şahidlərin dediyinə görə, müəllimənin ağzı-burnu partlayıbmış, ətraf qan içindəymiş. Köməyə gələn şagirdlər, müəllimlər və o cümlədən də direktor müəllimi güclə şagirdin cəngindən xilas ediblər. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Hadisə Bakının Xətai rayonunda baş verib 