Heqiqet.Az » tehsil » Xətai rayonundakı 245 saylı tam orta məktəbdə nələr baş verir?


Xətai rayonundakı 245 saylı tam orta məktəbdə nələr baş verir?

2-10-2015, 19:28
Çap et
Xətai rayonundakı 245 saylı tam orta məktəbdə nələr baş verir? Təhsil naziri Mikayıl Cabbarov dərs ili başlamazdan öncə məktəb direktorlarına qanunsuz pul yığımları ilə bağlı ciddi göstəriş verib. Nazirin ünvanlandığı xəbərdarlıqda qeyd edilib ki, rüşvət alan müəllimlər, eləcə də məktəb direktorları dərhal işdən azad ediləcək, onlar barəsində qanunvericiliyin tələbinə uyğun olaraq ciddi addımlar atılacaq.
Nazir məktəblərdə rüşvətxorluğun aradan qaldırılmasında israrlıdır. Artıq bununla bağlı ilk addımlar atılır. Ayrı-ayrılıqda M.Cabbarovun tapşırığından sonra əksər məktəblərdə iclaslar keçirilərək, nazirin tapşırığı müəllim heyətinin nəzərinə çatdırılıb.
M.Cabbarov direktorlara xatırladıb ki, bu günə kimi bir neçə təhsil işçisi məhz işdə verdikləri nöqsanlara görə işdən kənarlaşdırılıblar.

Bu gün gənc nəslin təlim-tərbiyəsində, uşaqlarımızın gələcəkdə layiqli vətəndaş kimi cəmiyyətimizdə yer tutmalarında orta-ümumtəhsil məktəblərinin rolu çox önəmlidir və danılmazdır. Belə olduğu halda isə bu tədris müəssisələrində şagirdlərdə hələ uşaq yaşlarından rüşvətə alışqanlıq yaradılması, korrupsiya mərəzinin onların şüuruna və qanına yeridilməsi, cəmiyyətimiz üçun məsum bir gəncin narkotik maddələrə alışdırılması qədər və bəlkə də daha çox təhlükəlidir. Təəssüflər olsun ki, nazirin tapşırıqlarına baxmayaraq bu gün bir çox orta məktəblərdə “fond pulu”, “təmir pulu”, “bayram pulu”, “məktəbin təsərrüfatına könüllü yardım” və sairə bu kimi gülünc adlar altında hələ də rüşvət yığımı davam edir.
Xətai rayonundakı 245 saylı tam orta məktəbdə nələr baş verir? Redaksiyamıza daxil olan məlumatlarda da vurğulanır ki, bu kimi yığımların xüsusi intensivliyi ilə seçilən tədris müəssisələrindən biri də Bakının Xətai rayonunda yerləşən 245 saylı tam orta məktəbdir.
Validenlərin dediyinə görə, 245 saylı tam orta məktəbin fəaliyyətində müşahidə olunan nöqsanlar da məhz belə qüvvələrin müdaxiləsinin bariz nümunəsidir. Məktəbdə fond puluna 30 manat, Müəllim Gününə direktorun adına 10 manat, 10 manat da müəllimlərə pul yığılır. İbtidai siniflərdə uşaq çox olduğu üçün əlavə sinif yaradılması üçün hər valideyndən 20 manat pul yığılmışdır.
Məlumatı məktəb direktoru Ülviyyə xanıma çatdırdıq. 1 saat sonra redaksiyaya zəng edən direktor bildirdi ki, mən hüquqşünasmızla danışmışam. O mənə dedi ki, redaksiyaya məlumat ver, dediklərini olduğu kimi qeyd etsinlər.
Ülviyyə xanımın dedikləri: - Rəhbərlik etdiyim bu məktəbdə heç bir adda pul yığımı yoxdur. Əksinə, stadionun təmirinə öz vəsaitimdən xərcləmişəm, məktəbə adi belə kağız lazım olursa, onu da öz cibimdən aldırıram.
Biz də valideynlərin və məktəb rəhbərliyinin dediklərin olduğu kimi qeyd etdik. Babalı yalan məlumat verənin boynuna.
Mövzuya qayıdacağıq.


Heqiqet.az
Reytinq: