Əbdürrəhim bəy Haqverdiyevin "Seçilmiş hekayələr"i macar dilində30-10-2015, 09:57
Çap et Kitabın tərtibçisi AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya doktoru, professor Asif Rüstəmlidir. Yazıçının "Şeyx Şaban", "Bomba", "Mirzə Səfər", "Uca dağ başında" və başqa populyar hekayələrinin yer aldığı kitabı orijinaldan macar dilinə tanınmış azərbaycanşünas alim, Budapeştdəki ELTE Universitetinin dosenti Mariya Keneşi çevirib. Səfir Vilayət Quliyev nəşrə Ə.Haqverdiyevin ədəbi və diplomatik fəaliyyətindən söz açan əhatəli müqəddimə yazıb. İndiyə qədər səfirlik xətti ilə çap olunan digər kitablar kimi Ə.Haqverdiyevin "Seçilmiş hekayələri" də təmənnasız olaraq Macarıstanın 200-ə yaxın kitabxanasına, Budapeştdəki Yunis İmrə Türk Kültürü İnstitutuna hədiyyə edilib. Bu günlərdə ELTE universitetinin türkoloq tələbələrinin iştirakı ilə Azərbaycan dilinin də öyrənildiyi Türk bölümündə kitabın təqdimat mərasiminin keçirilməsi planlaşdırılır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
