44 yaşlı futbolçu karyerasını bitirir15-05-2015, 21:26
Çap et ![]() “Tottenhem”in qapıçısı Bredli Fridel mövsümün sonunda karyerasını bitirəcəyini bildirib. 44 yaşlı qapıçı nəhayət uzun müddətli karyerasına son qoymaq qərarına gəlib. Bir müddət “Qalatasaray”da da forma geyinmiş qolkiper 1997-ci ildə gəldiyi Premyer Liqada “Liverpul”, “Blekbörn”, “Aston Villa” və son olaraq da “Tottenhem”in heyətində çıxış edib. ABŞ milli komandası ilə 82 dəfə meydana çıxmış Fridel karyerası ilə qürur duyduğunu, bu yola çıxarkən bu qədər uzun sürəcəyini düşünmədiyini bildirib. Dörd gün sonra 44 yaşına girəcək futbolçu 2004-2012-ci illər arasında üst-üstə fasiləsiz olaraq 310 dəfə meydana çıxaraq bu sahədə rekord qırıb. Təcrübəli qapıçı həm də Premyer Liqada qol vurmuş 5 qapıçıdan biridir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

