Rusiya bu ölkələrin də hava sərhəddini pozub26-11-2015, 09:41
Çap et Rusiya qırıcıları ötən il Avropa ölkələrinin hava sərhəddini 150 dəfə pozub. Rusiyaya aid “SU-24” hərbi təyyarəsinin Türkiyə hərbi aviasiyasına məxsus “F-16” qırıcısı ilə Suriya sərhəddində vurulmasından sonra Rusiyanın daha əvvəl də analoji hadisələr törətməsi gündəmə gəlib. NATO Avropa Müttəfiq Qüvvətlərinin Ali Komandalığı Rusiyaya aid qırıcıların ötən il Avropa ölkələrinin bir çoxunun hava sərhəddini ən azı 150 dəfə pozduğunu bildirib. NATO məlumatlarında Rusiyanın, Baltik və Skandinav ölkələrinin hava sərhəddini tez-tez pozduğu, həmçinin ABŞ və Kanadanın havadan müdafiə bölgələrini və Yaponiyanın hava və dəniz sərhəddini pozduğu bildirilir. Rusiya ən yadda qalan bu cür hadisəni ötən ilin aprel ayında Baltik dənizinin beynəlxalq sularına girərək törədib. Bu zaman Amerika hərbi donanmasına aid kəşfiyyat təyyarəsi Rıs qırıcılarının hücumuna məruz qalmışdı. Həmçinin NATO-dan bildirilib ki, Rusiya qırıcıları Estoniyanın hava sərhəddini 6, Finlandiyanın hava sərhəddini 3, Danimarka və Polşanın hava sərhəddini 1 dəfə pozub. İsveçin hava sərhəddi də 2012-ci ildə 7, 2013-cü ildə 8, 2014-cü ildə 10 dəfə Rusiya qırıcıları tərəfindən pozulub. Pentaqondan yayılan açıqlamada isə 2014-cü ilin avqust sentyabr aylarında Rusiyaya aid atom bombardımançı təyyarəsinin 16 dəfə ABŞ və Kanadanın hava sərhəddini pozduğu bildirilib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
