Demo Sayt » maraqli » Sürücüsüz idarə olunan taksi yaradıldı - VİDEO


Sürücüsüz idarə olunan taksi yaradıldı - VİDEO

8-01-2016, 12:46
Çap et
Sürücüsüz idarə olunan taksi yaradıldı - VİDEO Cənubi Koreyanın Seul Milli Universitetində avtonom - sürücüsüz idarə olunan taksi istifadəyə verib.
Hələlik bu taksi ancaq ərazisi 4 min kv. metr olar universitetin kampusunda çalışır və sağlamlığı məhdud imkanlı insanların ali təhsil ocağında daşınmasına xidmət edir. Bu taksi “Snuber” adlandırılıb.
Avtomobilin damında iki kamera quraşdırılıb və bu kameralar fasiləsiz olaraq yoldakı duruma nəzarət edirlər. Sensor komplektindəki lazer texnologiyası kompleksi maneənin aşkarlanması və avtomobilin dönməsini təmin edir. Hazırda “Snuber” sınaq müddətini keçir, bunun üçün də hər an sükan arxasında istənilən situasiyaya hazır olan və vəziyyəti öz nəzarətinə götürə biləcək sürücü oturur.
Universitetin Tədqiqat Mərkəzinin direktoru Seo Seun-Vunun fikrincə, “Snuber” ümumi istifadə üçün nəzərdə tutulmuş yollara hazır deyil. Ancaq 2020-ci ildə avtonom nəqliyyat vasitəsi sərnişinləri avtomagistral yollarla daşıya biləcək: “15 ildən sonra isə biz həqiqətən də sərnişinləri təhlükəsiz olaraq qapıdan-qapıya çatdıra biləcək avtonom avtomobillər görə biləcəyik”.
Reytinq: