Əbülfəs Qarayev Kristovam Buarke ilə görüşüb4-03-2016, 16:31
Çap et Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, görüşdə Azərbaycan-Braziliya arasında mədəniyyət və turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Senator Kristovam Buarke Azərbaycanın mədəniyyət sahəsindəki fəaliyyətini alqışlayaraq, bu istiqamətdə həyata keçirilən tədbirlərə xüsusi maraq göstərdiyini vurğulayıb. O qeyd edib ki, Azərbaycan mədəniyyəti olduqca yüksək səviyyədə beynəlxalq aləmdə təbliğ olunur, multikulturalizm və tolerantlıq nümunəsi kimi dünyaya səs salır. Ə.Qarayev görüşdə 2016-cı ilin 25-27 aprel tarixində Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu, 2008-ci ildən ölkəmizdə keçirilən Bakı Prosesi və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında məlumat verdi. Nazir həmçinin, nümayəndə heyətinin rəhbərini 7-ci Qlobal Foruma və 2017-ci ildə Bakıda keçiriləcək 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib. Görüşün sonunda gələcəkdə mədəniyyətlərarası dialoq sahəsində birgə layihələrin həyata keçirilməsinin faydalı olacağı qeyd olunub. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
