Əbülfəs Qarayev Bolqarıstanın vitse-prezidenti Marqarita Popova ilə görüşüb22-05-2015, 10:31
Çap et Heqiqe.az-ın APA-ya istinadən məlumatına görə, Ə. Qarayev bildirib ki, iki ölkə arasında mədəni əlaqələr yüksək səviyyədədir və bu əməkdaşlığın daha inkişaf etdirilməsi hər iki tərəfin marağındadır. Nazir Marqarita Popovanın Qəbələyə və Şəkiyə səfər etməsini, ölkəmizin turizm resursları və mədəni məkanları ilə tanış olmasını müsbət dəyərləndirib. Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Bolqarıstanın yüksək səviyyədə və geniş heyətlə təmsil olunmasından məmnunluğunu bildirən Ə. Qarayev tədbir çərçivəsində bu ölkənin mədəniyyət və turizm nazirləri ilə səmərəli görüşlər keçirdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, Bakıdakı görüşlər zamanı müəyyən razılaşmalar əldə olunub. Bu ilin sonuna qədər Azərbaycanda Bolqarıstanın mədəniyyəti günləri, gələn il isə Bolqarıstanda Azərbaycanın mədəniyyəti günləri təşkil ediləcək. Eyni zamanda iki ölkə arasında infoturların təşkili nəzərdə tutulur. Bolqarıstanın vitse-prezidenti Azərbaycan bölgələrinə səfərindən zəngin təəssüratla qayıtdığını, Qəbələ və Şəkinin tarixi, mədəni məkanları, istehsal müəssisələri və turizm obyektləri ilə tanış olduğunu bildirib. M. Popova əlavə edib ki, Bolqarıstan Azərbaycanla mədəni əlaqələrinin yüksək olmasında maraqlıdır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
