Fransa səfiri: “Kənd təsərrüfatı sahəsində təcrübəmizi Azərbaycanla bölüşmək istəyirik”6-06-2016, 19:00
Çap et Bu sözləri Fransanın Azərbaycandakı səfiri Oreliya Buşez deyib. Səfir bildirib ki, kənd təsərrüfatı sahəsində əməkdaşlıq çərçivəsində diqqət yetirilən əsas istiqamətlər heyvandarlıq, süni mayalanma xidmətləri, toxumçuluq və şərabçılıqdır: “Fransanın bu sahələr üzrə ənənəvi biliklərini nəzərə alaraq biz öz təcrübəmizi Azərbaycanla bölüşmək istəyirik. Eyni zamanda, Fransanın Ali Kənd Təsərrüfatı Akademiyası və Azərbaycanın müvafiq ali təhsil müəssisələri arasında əməkdaşlıq qurulması, Azərbaycana Fransadan müəllim-professor heyətinin dəvət edilməsi və tələbələrin Fransada təhsil almasını nəzərdə tuturuq. Hazırda İspaniya ilə birlikdə Avropa İttifaqının maliyyə dəstəyi ilə baytarlıq xidmətlərinin təkmilləşdirilməsi sahəsində tvinninq layihəsini həyata keçiririk”. O. Buşezin sözlərinə görə, baytarlıq sahəsində ən yüksək standartların Azərbaycana gətirilməsi planlaşdırılır: “Biz maliyyə mexanizmləri vasitəsilə də Azərbaycana yardım edirik. Fransanın İnkişaf Agentliyi artıq Azərbaycana 100 milyon avrodan çox yardım edib. Bu yardımları kənd təsərrüfatı sahəsində də genişləndirmək istəyirik. Bununla da, Fransa Azərbaycanın kənd təsərrüfatı sahəsində ən önəmli tərəfdaşlarından birinə çevriləcək”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
