Gürcüstanda noyabrın 2-nə qədər seçkilərin ikinci turu keçiriləcək12-10-2016, 15:07
Çap et Gürcüstanda parlament seçkilərinin ikinci turu noyabrın 2-nə qədər keçiriləcək. Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat katibi Anna Mikeladze keçirdiyi brifinqdə bildirib. O deyib ki, ilkin nəticələrə əsasən ikinci tur 50 dairədə keçirilməlidir: “Oktyabrın 27-də yekun qiymətləndirmə prosesi başa çatacaq. Noyabrın 2-nə qədər baş tutacaq ikinci turda ən çox səs toplayan iki namizəd iştirak edəcək”. Mətbuat katibi 73 dairədən cəmi 539 şikayət daxil olduğunu bildirib. O, hazırda şikayətlərin araşdırıldığını və məlumatların dəqiqləşdirildiyini söyləyib. Xatırladaq ki, MSK proporsional sistem üzrə “Gürcü Arzusu”nun 48,67%, Vahid Mili Hərəkat Partiyasının 27,11% səs aldığını açıqlayıb. “Vətənpərvərlər İttifaqı”nın 5% səs aldığı bildirilsə də, hələ ki bu siyasi qüvvənin minimal baryeri keçib-keçmədiyi dəqiqləşməyib. Bəzi məntəqələrdə nəticələrin ləğv olunması bu məsələdə çətinlik yaradır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Gürcüstanda parlament seçkilərinin ikinci turu noyabrın 2-nə qədər keçiriləcək.