Məktəbəqədər təhsilin dövlət standartları hazırlandı7-11-2016, 11:30
Çap et Təhsil Nazirliyindən verilən məlumata görə, yeni hazırlanan “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin dövlət standartları” layihəsi ictimai müzakirəyə təqdim olunub. Layihəyə görə, məktəbəqədər təhsil müəssisəsinə rəhbərliyi, bir qayda olaraq, ali ixtisas təhsilli, məktəbəqədər təhsil sahəsində təcrübəsi olan şəxs həyata keçirir. Rəhbər şəxsin vəzifə funksiyaları və səlahiyyətləri "Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi" ilə müəyyən edilir. Dövlət məktəbəqədər təhsil müəssisəsində ali idarəetmə orqanı, bir qayda olaraq, ictimai əsaslarla fəaliyyət göstərən Pedaqoji Şura hesab edilir. Pedaqoji Şuranın Əsasnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur. Özəl və bələdiyyə məktəbəqədər təhsil müəssisələrində ali idarəetmə orqanı öz Nizamnaməsi ilə müəyyən olunur. Məktəbəqədər təhsil müəssisələrində pedaqoji işə, bir qayda olaraq, məktəbəqədər pedaqoji ali və ya orta-ixtisas təhsilli kadrlar qəbul edilir. Məktəbəqədər təhsil müəssisəsi tərəfindən uşaq inkişafının dəyərləndirilməsi təhsilalanların inkişafı və təlimi haqqında ailələri məlumatlandırmaq, inkişafetdirici təlim mühitini davamlı olaraq qiymətləndirmək, təhsilalanların bilik, bacarıq və vərdişlərini dəyərləndirmək məqsədilə aparılır. Uşaqların məktəbə qəbulu zamanı onların inkişafının dəyərləndirilməsi nəticələri əsas kimi götürülmür. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
