İlham Əliyev Bolqarıstan və Moldovanın yeni prezidentlərini təbrik edib15-11-2016, 19:31
Çap et Məktubda deyilir: "Hörmətli cənab Radev, Bolqarıstan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Azərbaycan və Bolqarıstan arasındakı ikitərəfli münasibətlərin hazırkı səviyyəsi məmnunluq doğurur. İnanıram ki, birgə səylərimizlə siyasi, iqtisadi və mədəni əlaqələrimizin daha da möhkəmlənməsinə, qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafına töhfə verəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Bolqarıstan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm". Prezident İlham Əliyev Moldovanın yeni seçilmiş Prezidenti İqor Dodona da təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: "Hörmətli cənab Dodon, Moldova Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Moldova arasındakı ənənəvi dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın inkişaf etdirilməsi yolunda birgə səylər göstərəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Moldova xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm". Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:38
Müstəqilliyimiz əbədidir21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdümHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
