ABŞ Rusiya sərhədlərinə beşinci nəsil qırıcılarını göndərir16-06-2015, 14:30
Çap et ABŞ Rusiya tərəfindən olan təhlükə ilə əlaqədar Avropada “F-22 Raptor” tipli beşinci nəsil qırıcı təyyarələrini yerləşdirə bilər. “Gazeta.ru”nun verdiyi xəbərə görə, bu barədə “The Wall Street Journal” məlumat yayıb. Məlumata görə, bu barədə Le Burjedə 51-ci Beynəlxalq Aerokosmik Sərgisində çıxışı zamanı ABŞ Hərbi-Hava Qüvvələrinin naziri Debora Li Ceyms bildirib. “Mənim fikrimcə, Rusiyada baş verənlər ən böyük təhlükədir. Bu mənim burada olmağımın əsas səbəblərindən biridir”, deyə nazir qeyd edib. O qeyd edib ki, Krım Rusiyaya birləşdirildikdən sonra Rusiyaya məxsus döyüş təyyarələri tez-tez Avropa sərhədləri boyunca uçuşlar etməyə başlayıb. Li Ceyms sərgi çərçivəsində NATO tərəfdaşları ilə hərbi xərclərin artırılması məsələsini müzakirə etmək niyyətində olduğunu qeyd edib. Qeyd edək ki, bu ərəfədə Estoniya ölkədə NATO qüvvələri kontingentinin artırılmasını xahiş edib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

ABŞ Rusiya tərəfindən olan təhlükə ilə əlaqədar Avropada “F-22 Raptor” tipli beşinci nəsil qırıcı təyyarələrini yerləşdirə bilər. “Gazeta.ru”nun verdiyi xəbərə görə, bu barədə “The Wall Street Journal” məlumat yayıb.