Bakıda IV İslam Həmrəyliyi Oyunları ilə bağlı seminar keçiriləcək6-12-2016, 16:25
Çap et 2 gün davam edəcək seminara İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdulaziz Al-Nassar, baş katibin müavini Saeed Abdulghaffar Hussein və ümumilikdə 6 nəfər nümayəndə iştirak edəcək. Tədbirin keçirilməsində əsas məqsəd İslamiadaya qatılacaq ölkələrin oyunlara təhkim olunan missiya rəhbərlərinin iştirakı ilə hazırlıq prosesi ilə yaxından tanış olub, müzakirələr aparmaqdı. Seminar çərçivəsində Əməliyyat Komitəsinin hər bir şöbəsi Oyunlar zamanı Milli Olimpiya Komitələrinə təklif edilən xidmətlər haqqında məlumatlar təqdim edəcək və nəticədə missiya rəhbərlərinin suallarına aydınlıq gətirəcəklər. Seminarın ilk günü nəqliyyat, bilet satışı, təhlükəsizlik, açılış və bağlanış mərasimləri və digər mühüm mövzular müzakirə olunacaq. Seminarın ikinci günü isə missiya rəhbərləri idman arenalarına baxış keçirəcəklər. Nümayəndə rəhbərləri Üzgüçülük Mərkəzi, Atıcılıq Mərkəzi, Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Atletlər Kəndində olacaqlar. İdman arenalarına baxış tədbirin önəmli hissəsidi və hər bir arenada o arenada keçiriləcək idman yarışları üzrə menecerlər cəlb olunub. Hər bir iştirakçı ölkənin missiya rəhbəri özləri ilə gətirəcəkləri idmançıların hansı şəraitdə yarışacaqlarını və digər suallarına cavab ala biləcəklər. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
