Bakı şəhərinin Baş Planının ictimai müzakirəsi keçirilib22-12-2016, 13:05
Çap et Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov layihə barədə məlumat verib. O bildirib ki, bu layihə Azərbaycan hökumətinin və Dünya Bankının maliyyə dəstəyi ilə hazırlanmış Böyük Bakının Regional İnkişaf Planının davamıdır və Bakı şəhərinin bütün inzibati ərazisini əhatə edən 1:10000 miqyasında hazırlanmış planlaşdırma sənədidir. İnstitut tərəfindən layihə ötən ay komitəyə təhvil verilib, müvafiq nazirliklərə, dövlət qurumlarına rəy alınması üçün təqdim edilib və artıq əksər qurumlar tərəfindən rəylər, təkliflər alınıb. A.Ələsgərovun sözlərinə görə, müzakirəyə təqdim olunan layihə Bakı şəhərinin gələcək ərazi inkişafının əsas inkişaf istiqamətlərini müəyyən edən strateji əhəmiyyətli planlaşdırma layihəsidir. Burada Bakı şəhərinin və onun bütün ətraf qəsəbələrinin ərazidən istifadə və zonalaşdırma planları hazırlanıb, sosial-iqtisadi, ətraf mühit, mühəndis və nəqliyyat infrastrukturu üzrə 2035-ci ilədək olan əsas perspektivlər müəyyən edilib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
