Moskva Ümumrusiya Azərbaycan Konqresinin IV Qurultayı keçirilir28-12-2016, 15:21
Çap et Moskva Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) IV Qurultayı keçirilir.Paytaxtın "Ukrayna-Radisson" otelində keçirilən qurultaya Rusiya Federasiyasının 78 bölgəsindən 200-dən artıq nümayəndə, Rusiya və Azərbaycanın dövlət və hökumət nümayəndələri qatılıblar. Qurultayda ÜAK rəhbərinin təşkilatın 5 il ərzində gördüyü işlər haqqında hesabatı dinləniləcək, məruzə ətrafında çıxışlar olacaq. Qurultayda Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə çatdırılması sahəsində qarşıda duran vəzifələr, təbliğat işində müasir metodların və informasiya texnologiyalarının tətbiqi, Rusiyadakı soydaşlarımızın hüquq və azadlıqlarının qorunması istiqamətində mövcud olan problemlər və onların həlli yolları, növbəti beş il üçün fəaliyyət strategiyasının müəyyənləşdirilməsi ilə bağlı geniş müzakirələrin aparılması nəzərdə tutulur. Qurultayda Mərkəzi Şura, Rəyasət Heyətinin yeni tərkibi və təşkilata prezident seçiləcək, sonra Mərkəzi Şuranın iclası keçiriləcək. Tədbirin yekununda bir sıra sənəd və müraciətlərin qəbulu gözlənilir. Qeyd edək ki, Azərbaycanın xaricdə ən böyük diaspor təşkilatı olan ÜAK ümummilli lider Heydər Əliyevin və Rusiya prezidenti Vladimir Putinin dəstəyi ilə 2001-ci il martın 5-də Moskva şəhərində yaradılıb. Təşkilatın məqsədi buradakı soydaşlarımıza milli, mədəni, sosial maraqların həyata keçirilməsinə yardım etmək, Rusiya və Azərbaycan arasında sosial-iqtisadi və mədəni əlaqələrin möhkəmlənməsinə xidmət etməkdir. Rusiyadakı diaspor təşkilatları ilə əməkdaşlıq, bu fəaliyyətin koordinasiya edilməsi də Konqresin prioritet vəzifələrindəndir. Hazırda ÜAK-ın Rusiyanın 83 bölgəsində bölməsi fəaliyyət göstərir. Təşkilatın III Qurultayı 2011-ci il noyabrın 25-də keçirilib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Moskva Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) IV Qurultayı keçirilir.