BMT təhsil və elm sahəsi üzrə Azərbaycan hökuməti ilə birgə kampaniyaya başlayıb30-01-2017, 11:41
Çap et BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Qulam İsakzai bildirib ki, bu kampaniyaya elm və təhsil sahəsi də cəlb ediləcək. Onun sözlərinə görə, həyata keçirilən kampaniya təhsilin bütün səviyyəsində maarifləndirməyə öz töhfəsini verəcək: “Təhsilli analar gələcəkdə ailələrin arxasında duran əsas dayaq hesab olunur. Azərbaycanda təhsil qurumlarına yüksək dəstək göstərilir . BMT-nin inkişaf proqramı bir sıra ali təhsil müəssisələri ilə əməkdaşlıq edir və burada keyfiyyətli təhsil əsas məqsədlərdən biridir. Təhsildə olan ziddiyyətlərin aradan qaldırılması məsələsinə gəldikdə, hesab edirik ki, heç kim təhsildən geri qalmamalıdır. Azərbaycanın bu sahədə göstərdiyi səylər nəticəsində böyük nailiyyətlər əldə edilib, uşaqların 95%-i təhsil alır. Məktəbə hazırlıq proqramları ilə bağlı mühüm işlər görülür. Bu da bizim tərəfimizdən dəstəklənir. Çünki bu işlər erkən təhsilin inkişafında mühüm addımlardandır. Biz təhsili əlilliyi olan uşaqlara əlçatan etməli, onların cəmiyyətə töhfə verməsinə çalışmalıyıq”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
