Heqiqet.Az » siyaset » Azərbaycan və Ermənistan dövlət sərhədində monitorinq keçiriləcək


Azərbaycan və Ermənistan dövlət sərhədində monitorinq keçiriləcək

15-02-2017, 11:23
Çap et
Azərbaycan və Ermənistan dövlət sərhədində monitorinq keçiriləcək ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevralın 16-da Tovuz rayonunun Koxanəbi kəndinin yaxınlığından keçən Azərbaycan Respublikası və Ermənistan Respublikasının dövlət sərhədində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
Müdafiə Nazirliyi məlumat verir ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Piter Şvedberq keçirəcəklər.
Ermənistan tərəfindən isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Xristo Xristov keçirəcəklər.
Reytinq: