Demo Sayt » ƏMİRCAN QƏSƏBƏSİNİN MƏRKƏZİNDƏ TAXTADAN KİÇİK BİR SATIŞ KÖŞKÜNÜN TİKİLMƏSİNƏ KİM İCAZƏ VERMİŞDİR?


ƏMİRCAN QƏSƏBƏSİNİN MƏRKƏZİNDƏ TAXTADAN KİÇİK BİR SATIŞ KÖŞKÜNÜN TİKİLMƏSİNƏ KİM İCAZƏ VERMİŞDİR?

18-03-2019, 13:46
Çap et
ƏMİRCAN QƏSƏBƏSİNİN MƏRKƏZİNDƏ TAXTADAN KİÇİK BİR SATIŞ KÖŞKÜNÜN TİKİLMƏSİNƏ KİM İCAZƏ VERMİŞDİR? Son illərdə Bakı şəhərində və qəsəbələrdə aparılan tikinti və abadlıq işləri, tədris və səhiyyə ocaqlarının təmiri, yeni idman meydançalarının yaradılması, yolların genişləndirilməsi və asfaltlaşdırılması şəhərimizi dünyanın ən müasir şəhərləri səviyyəsinə çatdırmışdır. Müasir tələblərə cavab verən marketlərin açılması və xalqın xidmətinə verilməsi ölkəmizdə əhaliyə mədəni xidmətin göstəricisidir. Bütün bunlar təqdirəlayiqdir.
Lakin bəzən elə faktla qarşılaşırsan ki, mat-məətəl qalırsan. Məsələn, yolum Suraxanı rayonunun Əmircan qəsəbəsinə düşmüşdü. Qeyd edim ki, Əmircan Suraxanı rayonunun mərkəzi qəsəbəsidir. Belə ki, Suraxanı Rayon İcra Hakimiyyəti və bir neçə dövlət idarələri Əmircanda yerləşir. Qəsəbədəki Azərpoçtun 4 saylı filialının 42 saylı poçt şöbəsinin arxasında, Final market və Oba mağazasının qabağında primitiv şəkildə taxtadan tikilmiş bir köşk diqqətimi cəlb etdi. Nəzərə alsaq ki, respublikamıza xaricdən çoxlu turistlər gəlir, belə bir köşkün burada yerləşməsi bizə başıucalıq gətirməyəcək. Maraqlıdır, yaxınlıqda müasir tələblərə cavab verən marketlər, mağazalar və bazar olduğu halda, belə bir taxtadan primitiv köşkün tikilməsinə lüzum vardırmı? Bu köşkün tikilməsinə icazə verən şəxs görəsən nə düşünüb? İnanırıq ki, qanunsuz tikilən bu köşkdən Suraxanı Rayon İcra Hakimiyyətində çalışan aidiyyatı şəxslərin xəbəri yoxdur.
Ətrafın yaraşığını pozan həmin köşkün sökülməsi, onun sahibinə isə yaxınlıqdakı bazarda satış üçün yer verilməsi daha məqsədəuyğundur.

Fərhad Əsgərov,
Azərbaycan Yazıçılar Birliyinin üzvü
Reytinq: