Prezidentimizin yürütdüyü siyasət Azərbaycanın tərəfdaşlarının və dostlarının sayını artırır15-02-2024, 14:55
Çap et Ölkəmizdə keçirilən 7 fevral novbədənkənar prezident seçkiləri müasir tariximizə qürurverici məqamlarla yazıldı. Seçkilər bütün ölkə ərazisini əhatə etdiyi üçün xalqımızda əsl bayram əhval-ruhiyyəsi yaratdı. Dövlət başçısı İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və ailə üzvlərinin Xankəndi şəhərində səs vermələri hər bir azərbaycanlını qürurlandırdı. Bir daha sübut olundu ki, bu torpaqların sahibləri Azərbaycan xalqıdır. Bura qayıtmışıq və burada əbədi olacağıq. Soydaşlarımızın öz dogma yurd-yuvalarında səsvermə prosesinə qatıldıqları üçün sevinclərinin həddi-hüdudu yox idi. Zəfər seçkilərinin digər qürurverici anı qalib xalqın qalib Liderinin inamlı qələbəsi oldu. Möhtərəm İlham Əliyev seçicilərin 92 faizindən çoxunun səsini qazanaraq Prezident seçildi. Ölkə və dünya mətbuatında dövlət başçısının qələbəsini şərtləndirən amillər geniş təhlil olunur və bir daha qeyd edilir ki, tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi Azərbaycanın uğurlu gələcəyinin əsasıdır. Bundan sonra da ölkəmizi, xalqımızı cənab İlham Əliyevin rəhbərliyi ilə daha möhtəşəm uğurlar gözləyir. Ötən 20 illik yolda Azərbaycanın ayrı-ayrı sahələrdə qazandığı uğurların miqyasına diqqət yetirmək kifayətdir. Prezidentliyin ilk günündən dayanıqlı inkişaf üçün əsaslı addımlar atıldı. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayandı. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın tərəfdaşlarının və dostlarının sayını artırdı. Ölkəmizin ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin genişlənməsi həqiqətlərimizin təbliğində əhəmiyyətli rol oynadı. Azərbaycanın informasiya cəbhəsində üstünlüyü 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizi şərtləndirən mühüm amillər sırasında oldu. Bu gün də Azərbaycan tarixi ədalətə və beynəlxalq hüquqa söykənən siyasətini uğurla davam etdirir. Dövlət başçısı İlham Əliyevə inamlı qələbəsi münasibətilə ünvanlanan təbrik məktublarında da ölkəmizin əməkdaşlığın çoğrafiyasının genişləndirilməsi istiqamətində atdığı addımlar və onların uğurlu nəticələri təqdir edilir. Prezident İlham Əliyevin misilsiz xidmətlərindən bəhs edərkən demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunan nailiyyətlər xüsusi vurğulanmalıdır. Demokratik inkişaf yolunda həyata keçirilən sistemli tədbirlərin qanunauyğun nəticəsi kimi Azərbaycanda təkmil siyasi sistem bərqərar olunub. Cənab Prezidentimiz, şanlı Ordumuzun müzəffər Ali Baş Komandanı İlham Əliyevi seçkilərdə yenidən qalib gəlməsi münasibətilə təbrik edir, ona vətənimizin çiçəklənməsi yolunda uğurlar arzulayıram. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
