Qəhrəman oğullarımız Vətən müharibə zamanı tarixin gedişatını dəyişdirdilər27-09-2024, 13:07
Çap et Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Anım Günü Azərbaycan xalqının iradəsinin və qəhrəmanlığının simvoludur. Şəhidlərin xatirəsi daim xalqımızın qəlbində yaşayacaq, onların göstərdiyi qəhrəmanlıq isə gələcək nəsillər üçün nümunə olacaqdır. Bu müharibə zamanı qəhrəman oğullarımız tarixin gedişatını dəyişdirdilər. Qarabağ probleminin nizamlanması üçün 1992-ci il martin 24-də təsis olunmuş ATƏM-in (indiki ATƏT) Minsk qrupu fəaliyyətinin 28 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdır. Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənilmiş və beynəlxalq qətnamələr kağız üzərində qalmışdır. Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və problemin danışıqlar vasitəsilə həllinə çalışmışdır. Birləşmiş Millətlər Təşkilatı (BMT) işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmişdir. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qalmış və icra olunmamışdır. Belə ki, Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar prosesi Ermənistanın destruktiv mövqeyinə görə nəticə verməmişdir. 2020-ci il sentyabrın 27-də atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan Ordusunun mövqelərinə intensiv zərbələr endirməklə yanaşı, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Nəticədə, hərbi qulluqçularla yanaşı, Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olmuşdur. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri vermişdir. Zaman ötdükcə daha çox aydın olur ki, 28 il ərzində Ermənistan-Azərbaycan münaqişəsinin guya dinc yolla ədalətli həllinə vəd verən keçmiş vasitəçilər üçlüyünün məqsədi, əslində, işğalın nəticəsini Ermənistanın xeyrinə rəsmiləşdirməklə bağlı olub. BMT Təhlükəsizlik Şurası tərəfindən ölkəmizin legitim hüquqlarını müdafiə edən və icrası məcburi xarakter daşıyan dörd qətnamənin qəbul edilməsinə baxmayaraq, onların heç biri 27 il ərzində icra olunmadı. Qətnamələrin icrasından açıq-aşkar yayınan işğalçı Ermənistan görəndə ki, buna görə ona qarşı heç bir sanksiya tətbiq edilmir, vasitəçilər və ayrı-ayrı təşkilatlar onun oyunbazlığına riyakarcasına göz yumur, daha da azğınlaşdı və “dənizdən-dənizə” xülyasını çəkinmədən təbliğ etməyə başladı. Vasitəçilər isə siyasi imiclərinə kölgə salaraq, utanmadan özlərini elə apardılar ki, guya üç nüvə dövlətinin kiçik bir Ermənistana gücü çatmır və qətnamələri işğalçıya icra etdirməkdə acizdirlər. Bu cür siyasi riyakarlığın yalnız bir səbəbi var idi: həmin dövrdə keçmiş vasitəçilərin maraqları üst-üstə düşürdü və onların hər biri öz marağını beynəlxalq hüquqdan üstün tuturdu. O illərdə işğalçı Ermənistanla işğala məruz qalan Azərbaycan arasında ədalətsiz şəkildə bərabərlik işarəsini qoyanlar bu gün fərqli coğrafiyalarda təhlükəsiz dünya nizamını təhdid edən separatçılığın yayılmasına görə birbaşa məsuliyyət daşıyırlar. Çünki beynəlxalq hüququn ziddinə olaraq, onların Qarabağdakı qondarma separatçı rejimə verdikləri dəstək sonradan başqalarını da eyni cinayətə sövq etdi. Həmin dairələr vaxtında anlamadılar ki, Azərbaycan xalqının iradəsini zamanla sınağa çəkmək, xalqımızın ədalətə və beynəlxalq hüquqa olan inamını sındırmaq cəhdi gec-tez başqa coğrafiyalarda da münaqişələrə yol açacaq, kimlərsə onların riyakar mövqeyinə istinad edərək öz aqressiyasına bəraət qazandırmağa çalışacaq. De-fakto mövcud olmayan Minsk qrupundakı keçmiş vasitəçilərin guya “münaqişənin hərbi yolla həllinin mümkün olmadığına” dair ədalətsiz mövqeyinin bu gün hansı təhlükəli təhdidlərə rəvac verdiyini artıq dünya ictimaiyyəti çox yaxşı görür. Azərbaycan 2020-ci il sentyabrın 27-də çıxdığı Haqq savaşı və ötən ilin sentyabrında həyata keçirdiyi antiterror əməliyyatı ilə sübut etdi ki, kənarda yazılan saxta ssenarilərin ömrü əbədi ola bilməz və onlar gec-tez iflasa məhkumdur. Bu gün cəmiyyətimizi haqlı olaraq hiddətləndirən həm də odur ki, qlobal təhlükəsizliyə görə daha çox məsuliyyət daşıyan aparıcı aktorlardan bəziləri ölkəmizin beynəlxalq hüququn təntənəsinə və bütövlükdə qlobal təhlükəsizliyə verdiyi töhfənin tarixi əhəmiyyətini hələ də etiraf etmək istəmir. Onlar bu gün də fərqində deyillər ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini öz gücü hesabına bərpa edə bilməsi separatçılıqdan və aqressiyadan əziyyət çəkən bir çoxlarına ümid və inam mesajı deməkdir! 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri Ermənistanın təxribatlarına cavab olaraq əks-hücum əməliyyatlarına başladı. Vətən müharibəsində şanlı ordumuz müasir texnika və peşəkarlığı ilə öz gücünü sübut edərək erməni işğalına son qoydu. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
