"Galaxy Note 4" partladı - 5 yaşlı uşaq xəsarət aldı15-03-2017, 09:59
Çap et Hadisə gecə vaxtı, cihazın elektrik şəbəkəsinə qoşulduğu vaxt baş verib. Partlayış və yanğın nəticəsində smartfonun yanındakı çarpayıda yatan 5 yaşlı qız uşağı yaralanıb. O, əl və üzündən yanıq xəsarətləri alıb. Uşaq danışa və yemək yeyə bilmir. Smartfonu satan mağaza istehsalçı ilə əlaqə saxlayıb. "Samsung" nümayəndəsi bildirib ki, artıq şirkətdə baş verən hadisədən xəbərdardırlar və tezliklə olaya reaksiya veriləcək. Qeyd edək ki, hadisənin səbəbi dəqiq məlum deyil. Mümkündür ki, smartfonun orijinal batareyası başqası ilə əvəz edilib. "Samsung Galaxy Note 4" smartfonu 2014-cü ildə buraxılıb, partlayan cihazın sahibi isə ötən ilin avqust ayında bu smartfonu satın alıb. Keyfiyyətsiz şarj cihazından istifadə edilməsi və ya cihazın ifrat qızaraq partlaması da istisna olunmur. Xatırladaq ki, hazırda "Samsung" korporasiyası "Galaxy Note 7" smartfonlarının alışması və partlaması ilə əlaqədar üzləşdiyi ağır maddi-mənəvi itkiləri kompensasiya etməyə çalışır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
