Demo Sayt » dunya » Ruhani: ABŞ-ın Suriyaya raket zərbəsi danışıqlar prosesinə zərər verdi


Ruhani: ABŞ-ın Suriyaya raket zərbəsi danışıqlar prosesinə zərər verdi

10-04-2017, 13:50
Çap et
Ruhani: ABŞ-ın Suriyaya raket zərbəsi danışıqlar prosesinə zərər verdi ABŞ-ın Suriyada bazaya raket zərbəsi endirməsi danışıqlar prosesinə zərər verib. Bunu İran Prezidenti Həsən Ruhani deyib.
H.Ruhani qeyd edib ki, Suriyada böhran yalnız siyasi yolla həll oluna bilər:
"Suriya ilə bağlı yekun qərar siyasi yolla mümkündür. Biz hesab edirik ki, danışıqlar yaxşıya doğru irəliləməlidir ki, Suriya böhranının yekun həllinə yaxınlaşa bilək. Lakin ABŞ-ın hərəkəti danışıqlar prosesinə zərər verdi".
ABŞ Prezidenti Donald Trampın Suriyaya zərbə endirmək barədə qərarını da pisləyən İranın dövlət başçısı bildirib ki, təkrar bombardman regionda vəziyyəti daha da çətinləşdirəcək.
Reytinq: