Demo Sayt » dunya » Tayvanda xəstəxanada yanğın: 4 ölü


Tayvanda xəstəxanada yanğın: 4 ölü

19-05-2017, 11:27
Çap et
Tayvanda xəstəxanada yanğın: 4 ölü Tayvan adasının cənubunda Pindun şəhərində qocalar üçün tibbi-reabilitasiya mərkəzində yanğın nəticəsində dörd nəfər ölüb, daha 55 nəfər xəsarət alıb.
Bu haqda CNA agentliyi xəbər verir.
Təcili xidmətlərin məlumatına görə, yanğın mayın 19-u səhər baş verib, dörd nəfər diri-diri öz yataqlarında yanıb. Bütün zərərçəkənlərə lazımi tibbi yardım göstərilir. Xəsarət alanların əksəriyyətində dəm qazından zəhərlənmənin əlamətləri müşahidə olunur.
Yanğının başvermə səbəbi hələlik məlum deyil. Araşdırma aparılır.
Reytinq: