Demo Sayt » dunya » Konqres üzvü atəşə tutuldu: Tramp məlumatlandırılıb


Konqres üzvü atəşə tutuldu: Tramp məlumatlandırılıb

14-06-2017, 18:11
Çap et
Konqres üzvü atəşə tutuldu: Tramp məlumatlandırılıb ABŞ Konqresinin üzvü atəşə tutulub.
Hadisə Vaşinqton yaxınlığında, Virciniya ştatının Aleksandria şəhərində baş verib.
Konqresin Nümayəndələr Palatasının üzvü Stiv Skaliz (Steve Scalise) öz köməkçiləri ilə beysbol oynayarkən avtomat silahdan atəşə tutulub. Nəticədə S. Skaliz və bir neçə nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb. Atəş açan şəxsin polis tərəfindən saxlanıldığı bildirilir.
1965-ci il təvəllüdlü S. Skaliz Luiziana ştatını təmsil edir və respublikaçıdır. O, Nümayəndələr Palatasında respublikaçılar fraksiyasının koordinatorudur. Hadisə barədə prezident Donald Tramp məlumatlandırılıb.
Reytinq: