Demo Sayt » dunya » Ərdoğanın mühafizəçilərinin həbsinə qərar verildi


Ərdoğanın mühafizəçilərinin həbsinə qərar verildi

16-06-2017, 10:23
Çap et
Ərdoğanın mühafizəçilərinin həbsinə qərar verildi ABŞ polisi Vaşinqtonda etirazçılarla qarşıdurmada iştirak edən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın mühafizəçilərinin həbsinə dair order verib.
Bu barədə Vaşinqton polis idarəsinin rəisi Piter Nyuzem və şəhərin meri Muriel Bouzer birgə mətbuat konfransında bildiriblər.
Barələrində axtarış elan edilən şəxslər arasında Ərdoğanın 9 mühafizəçisi, türk polisinin 3 zabiti və iki Kanada vətəndaşının adı var. Vaşinqton polis idarəsinin rəisi Piter Nyuzem barələrində axtarış edilən şəxslərin ABŞ-a gələrək qanun qarşısında cavab verməyə çağırıb.
Xatırladaq ki, Ərdoğanın Vaşinqtona səfəri zamanı prezidentin mühafizəçiləri və etiraz aksiyası keçirən PKK tərəfdarları arasında insident baş verib. Dövlət Departamenti bununla bağlı Türkiyəyə etirazını bildirib. Ankara ittihamları rədd edərək hadisənin ABŞ hakimiyyətinin lazımi təhlükəsizlik tədbirləri görmədiyindən baş verdiyini iddia edib.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ hakimiyyəti tərəfindən mühafizəçilərinin həbsinə order verilməsi barədə qərara kəskin etiraz edib.
Ərdoğan bildirib ki, Ankara həbs orderlərinin verilməsinə qarşı siyasi və hüquqi metodlarla mübarizə aparacaq.
"Mən ABŞ-da olarkən PKK və FETÖ üzvləri dayandığım yerdən 40-50 metr aralıda etiraz aksiyası təşkil etdilər. Amma Amerika polisi heç nə etmədi. Əgər Türkiyədə belə bir hadisə olsaydı, siz təsəvvür edə bilərsiniz, nə olardı? Dünən bizim iki vətəndaşımızı həbs etdilər, mənim 12 mühafizəçim haqda həbs qərarı çıxardılar. Bu nə qanundur? Əgər mənim mühafizəm mən qorumayacaqsa, onda niyə mən onu Amerikaya aparıram?" — Ankarada prezident sarayında çıxış edərkən Ərdoğan bildirib.
Ərdoğan əlavə edib ki, Ankara ABŞ hakimiyyətinin qərarına qarşı "siyasi və hüquqi metodlarla" mübarizə aparacaq.
Reytinq: