PKK ilə bağlı ŞOK HESABAT: Qoşulanların yarısı 12 yaşlı uşaqlardır16-06-2017, 12:15
Çap et Daxili İşlər Nazirliyinin PKK-ya qoşulan vətəndaşlarla bağlı apardığı 5 ili əhatə edən tədqiqatda son 2 ildə terror təşkilatına qatılan insanların ortalama yaş həddinin 12 olduğu ortaya çıxıb. Hesabata əsasən PKK-ya qoşulanların sayı hər il azalır. Terror təşkilatına qoşulanların 70 faizi xarici vətəndaşlardır. Son nəticələrə görə PKK-ya Türkiyədən qatılan insanların sayı azaldıqca, Suriyadan qoşulanların sayı 80%-ə qədər artıb. Daxili İşlər Nazirliyinin hesabatına görə, son 5 il ərzində PKK-ya 12321 nəfər qatılıb. Bunlardan 8706-sı kişi, 2948-i qadınlardır, 667-nin isə cinsiyyətini müəyyənləşdirmək mümkün olmayıb. Təşkilata qoşulanlar içərisində 5099 nəfərin 18 yaşından kiçik, təxminən 12 yaşlarında uşaqlar olduğu məlum olub. Onların 71%-i faizi oğlan, 29%-i qızdır. 2015-ci ildə separatçı təşkilata 3698, 2016-cı ildə isə 621 nəfər qoşulub. Statistikaya görə, 2 il ərzində dağa göndərilən azyaşlıların 50%-i öldürülüb. Bu ilin may ayı ərzində təşkilata yalnız 48 yeni üzv qatılıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
