Terrorçular Sidneydən Əbu-Dabiyə uçan təyyarəni partlatmaq istəyib1-08-2017, 10:23
Çap et Bu barədə “Daily Telegraph” qəzeti məlumatlı mənbələrə istinadən xəbər verib. “The Sydney Morning Herald” qəzeti isə bu günlərdə Sidneydə həyata keçirilən antiterror əməliyyatı nəticəsində həbs edilən 4 nəfərin adlarını açıqlayıb. Bunlar Xaled Merhi, onun oğlu Əbdul Merhi, Xaled Xayat və onun qohumu Mahmud Xayatdır. Adıçəkilən şəxslərin Suriyadakı terrorçularla əlaqəli olduğu üzə çıxıb. Məlumata əsasən, Avstraliya hüquq-mühafizə orqanları ABŞ və Böyük Britaniya xüsusi xidmət orqanlarından hazırlanan terror aktına dair məlumat əldə ediblər. Qeyd edək ki, iyulun 30-da Avstraliyanın baş naziri Malkolm Ternbull təyyarədə planlaşdırılan terror aktının qarşısının alındığını bəyan edərək xüsusi əməliyyat nəticəsində terror aktı törətməyi planlaşdıran 4 nəfərin saxlanıldığını bildirib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
