İtkin düşmüş hərbçilərin meyiti tapıldı28-08-2017, 11:31
Çap et Bu barədə ABŞ Hərbi-Dəniz Qüvvələrinin yaydığı açıqlamada bildirilir. Məlumata əsasən, axtarış-xilasetmə əməliyyatında ABŞ, Malayziya, Sinqapur, İndoneziya və Avstraliyanın Hərbi-Dəniz Qüvvələri və Sahil mühafizə xidmətləri iştirak edib. Avqustun 21-dı Malakka boğazı yaxınlığında “John S. McCain” esminesi Liberiya bayrağı altında üzən “Alnic MC” adlı tankerlə toqquşaraq zədələnmişdi. Nəticədə 5 hərbçi yaralanıb, 10-u itkin düşmüşdü. Qeyd edək ki, insidentlə əlaqədar ABŞ Hərbi Dəniz Qüvvələri 7-ci Donanmasının komandanını Cozef Okoyn tutduğu vəzifəsindən azad edilib. Buna bu yaxınlarda iki döyüş gəmisinin ticarət gəmiləri ilə toqquşması səbəb olub. Ötən ay ABŞ-a məxsus “Fitzgerald” esminesi konteyner daşıyan gəmi ilə toqquşub. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
