Çexiya XİN başçısı avtomobil qəzasına düşüb18-09-2017, 15:21
Çap et Xatırladaq ki, Lyubomir Zoralyok Çexiya diplomatiyasının rəhbəri olmaqla bərabər, həm də bu il oktyabrın 20-21-də keçiriləcək parlament seçkilər ərəfəsində seçki kampaniyasında Sosial-Demokratlar Partiyasının lideridir. Çexiya XİN-in mətbuat xidmətinin nümayəndəsi İrena Valentova bildirib ki, nazir başından zədə alıb, lakin bütövlükdə onun vəziyyəti normaldır. Lyubomir Zaoralyok Brnodakı xəstəxanada müayinə ediləndən sonra evə buraxılıb. Yol-nəqliyyat hadisəsi Lexovits yaxınlığında iki avtomobilin toqquşması nəticəsində baş verib. Cənubi Moraviya polisinin mətbuat katibi Pavel Şvab bildirib ki, polis qəzanın səbəblərini araşdırır. Bu hadisə ilə əlaqədar, Xarici İşlər Nazirliyinin rəhbəri öz iş proqramına düzəliş etməli olub, lakin o, artıq bu gün öz xidməti vəzifələrinin icrasına başlamaq və hökumətin iclasında iştirak etmək niyyətindədir. Qeyd edək ki, bu avtomobil qəzasında yeganə zərərçəkmiş şəxs Lyubomir Zaoralyok olub. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
