Kiyevdə Saakaşvili tərəfdarları ilə polis arasında qarşıdurma23-10-2017, 09:54
Çap et Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili tribunada çıxışında bildirib ki, polis səs avadanlığı ilə təchiz olunmuş maşın vasitəsi ilə çıxışçıların səsinin aksiyaçılar tərəfindən eşidilməsinə mane olur. M. Saakaşvili aksiyaçıları maşını götürməyə çağırıb. Polis maşına yaxınlaşan aksiyaçıların qarşısını almağa çalışıb və toqquşma baş verib. Aksiya təşkilatçıları mitinq iştirakçılarına qarşıdurmanı dayandırmağa çağırıb. Bundan sonra toqquşma dayanıb. Qeyd edək ki, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin lideri olduğu "Yeni Qüvvələr Hərəkatı” və digər müxalif partiyaların tərəfdarları oktyabrın 18-dən Ali Radanın qarşısındakı Konstitusiya meydanında aksiya keçirir. Aksiya təşkilatçıları və iştirakçıları parlamentdən deputat toxunulmazlığını ləğv etməyi, seçki qanunvericiliyini dəyişməyi, eyni zamanda Antikorrupsiya Məhkəməsi yaratmağı tələb edirlər. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:38
Müstəqilliyimiz əbədidir21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdümHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
