Stalinin abidəsinin yerində totalitarizm muzeyi yaradılacaq26-10-2017, 15:32
Çap et AZƏRTAC xəbər verir ki, belə bir muzey yaradılması təşəbbüsünü Çexiyada "Məxməri inqilaba” qədər dövrün tarixini tədqiq etməklə məşğul olan Post Bellum təşkilatı irəli sürüb. Muzeyin ekspozisiyasını yerləşdirmək üçün monumentdən qalmış 15 metrlik postamentdən istifadə edilməsi nəzərdə tutulur. İlkin hesablamalara görə bu layihə 10 milyon krona (384,5 min avro) başa gələcək. Artıq 3,5 milyon avro məbləğində vəsait toplanılıb. Post Bellum təşkilatının rəhbəri Mikulaş Kroupanın sözlərinə görə, muzeydə XX əsr Çexiya tarixinin əsas məqamları, o cümlədən 1920-ci illərdə Çexoslovakiya legionerlərinin Sibirə yürüşü, İkinci Dünya Müharibəsindən sonra almanların Çexoslovakiyadan sürgün edilməsi və 1950-ci illərin siyasi prosesləri öz əksini aparacaq. Ekspozisiyanın hazırlanmasında Çexiya televiziyası və Çexiya radiosu arxivlərində saxlanan materiallardan, habelə həmin hadisələrin şahidlərinin "Xalqın yaddaşı” layihəsinin icrası zamanı toplanmış xatirələrindən istifadə edilməsi nəzərdə tutulur. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
