Tvitter Trampın hesabını sildi - İşçiyə Nobel Sülh Mükafatı3-11-2017, 14:22
Çap et Prezidentin hesabını işdə son günü olan bir Tvitter işçisi silib. Şirkət verdiyi açıqlamada "@realdonaldtrump” adlı hesabın yanlışlıqla bağlandığını bildirib. Lakin sonra hesabın yanlışlıqla deyil, bilərəkdən silindiyi ortaya çıxıb. Atdığı tvitlərlə də məşhur olan Donald Trampın hesabının bağladılması sosial mediada böyük maraq yaradıb. Məşhur "Mashable” saytı hesabı bağlayan işçiyə müraciətlə tvit atıb və "sirli qəhrəman, sən kimsən? Amerika sənə təşəkkür etmək istəyir” deyib. Siyasətçi Devid Colli "bunu deməliyəm. Tvitterdə Trampın hesabını bağlayan işçiyə Nobel Sülh Mükafatı verilməlidir” yazıb. Xəbər saytları isə prezidentin hesabını silən işçi ilə reportaj etmək üçün axtarışlara başlayıblar. Şirkət ABŞ prezidentinin tvitter hesabını silindikdən 11 dəqiqə sonra geri qaytarıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
