Yaponiya İmperatoru taxtdan imtina edir - Tarix dəqiqləşib8-12-2017, 10:38
Çap et AzərTAc xəbər verir ki, Yaponiya Nazirlər Kabinetinin dekabrın 8-də səhər keçirilən iclası zamanı nazirlər hazırda yaranan xüsusi vəziyyətlə əlaqədar taxtdan imtina ilə bağlı qəbul edilən qanunvericiliyin həyata keçirilməsi üçün dəqiq tarixi bəyəniblər. Xatrıladaq ki, ötən həftə İmperator sarayı məsələləri üzrə şura həmin tarixi təsdiq etmişdi. Şuranın tərkibinə Baş nazir Şinzo Abe, paralmentin hər iki palatasının sədrləri, Ali Məhkəmənin hakimləri, həmçinin İmperator ailəsinin üzvləri daxildirlər. İmperator Akihito son iki yüz ildə Edo dövrünün sonlarında İmpertor olmuş Kokakudan sonra taxtdan sağlığında imtina edən ilk monarx olacaq. 2019-cu ilin mayından başlayaraq, taxtdan imtina etmiş İmperator Akihito "Zyoko”, onun xanımı İmperatriçə Miçiko isə "Zyokoqo” adlanacaq. Vəliəhd-şahzadə Naruhitonun kiçik qardaşı Akişino "Koşi” adlanacaq ki, bu da onun taxtın varisləri sırasında birinci olduğu mənasını verəcək. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
