Demo Sayt » dunya » Obama afrikalı qohumları ilə görüşəcək


Obama afrikalı qohumları ilə görüşəcək

23-07-2015, 11:09
Çap et
Obama afrikalı qohumları ilə görüşəcək ABŞ prezidenti Barak Obama Afrikaya işgüzar səfəri çərçivəsində Keniyadakı qohumlarına baş çəkəcək. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Syüzan Rays bildirib.
Onun sözlərinə görə, prezident ailə iqamətgahına getməyi planlaşdırmır, sadəcə, Keniyaya səfəri zamanı rəsmi tədbirlərin birində qohumları ilə görüşməyi planlaşdırır.
Obama ilk dəfə prezident qismində ata yurdu Keniyaya səfər edəcək. Obamanın Afrikanın inkişafına yönəlmiş “Global Entrepreneurship Summit” sahibkarlar forumunda iştirak edəcəyi gözlənilir.
ABŞ administrasiyası Barak Obamanın Keniyaya baş tutacaq səfərini prezident Con Kenedinin 1963-cü ildə İrlandiyaya “tarixi” səfərinə bənzədib.
Obama bir müddət əvvəl qohumları ilə görüşməyi planlaşdırmayıb, lakin onun afrikalı qohumları dəfələrlə ABŞ prezidenti ilə görüşmək niyyətində olduqlarını bildiriblər.
Reytinq: